Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7917
Title: Birinci kurs universitet tələbələrinin psixoloji simptom göstəricilərinin gender əsaslı təhlili
Other Titles: Analysis Of Psychological Symptom Indicators Of First-Year University Students By Gender
Authors: Kərimova M., Mələk
Muxtarov, Mirsadiq
Keywords: Qısa Simptom Şkalası
birinci kurs tələbələri
psixoloji simptomlar
Issue Date: 2025
Citation: Kərimova M., Muxtarov M. (2025). Birinci kurs universitet tələbələrinin psixoloji simptom göstəricilərinin gender əsaslı təhlili. Azərbaycan məktəbi. № 1 (710), səh. 69-80
Series/Report no.: Vol. 710;Azərbaycan məktəbi, № 1
Abstract: Bu məqalədə universitetə yeni qəbul olan tələbələrin psixoloji simptom göstəriciləri araşdırılıb. Tədqiqat 2023-2024-cü tədris ilində Xəzər Universitetində təhsil alan və təsadüfi üsulla seçilən 204 tələbənin iştirakı ilə aparılıb. İştirakçılar 17-30 yaş arasında, 68-i kişi (33%), 136-sı isə qadındır (67%). Tədqiqatın aparılması üçün Xəzər Universitetinin Etik Komitəsindən icazə alınıb. Araşdırmada Mələk Kərimova və Nərmin Osmanlı (2016) tərəfindən Azərbaycan cəmiyyəti üçün uyğunlaşdırılan “Qısa Simptom Şkalası”ndan istifadə edilib. Test 53 maddədən ibarətdir, cavablar 0-dan 4-ə qədər balla qiymətləndirilib. Birinci kurs tələbələrinin “Qısa Simptom Şkalası” üzrə üç əsas indeks göstəriciləri (Ümumi Narahatlıq Ciddiyyəti İndeksi, Simptomların Toplamı İndeksi, Pozitiv Simptom Narahatlıq İndeksi) və 9 alt şkala (somatizasiya, obsesif-kompulsiv, şəxslərarası münasibətlərdə həssaslıq, depressiya, təşviş, aqressivlik (düşmənçilik), fobik təşviş, paranoid fikirlər, psixotik simptomlar) üzrə aldıqları ortalama və standart xəta göstəriciləri hesablanıb. Daha sonra Levene's testinə əsasən dispersiyaların bərabərliyi yoxlanılıb və t-test nəticələri analiz edilib. Tədqiqat nəticələri göstərib ki, qadın iştirakçıların “Qısa Simptom Şkalası” üzrə üç əsas indeks göstəriciləri (Ümumi Narahatlıq Ciddiyyəti İndeksi, Simptomların Toplamı İndeksi, Pozitiv Simptom Narahatlıq İndeksi) və 9 alt şkala nəticələri (somatizasiya, obsesif-kompulsiv, şəxslərarası münasibətlərdə həssaslıq, depressiya, təşviş, fobik təşviş, paranoid fikirləşmə, psixotik simptomlar) kişi iştirakçılardan daha yüksəkdir. Aqressivlik (düşmənçilik) alt şkalası üzrə nəticələrdə isə kişi və qadın iştirakçılar arasında statistik əhəmiyyətli fərq tapılmayıb.
URI: http://hdl.handle.net/20.500.12323/7917
ISSN: 0134-3289 (Print)
2617-8060 (online)
Appears in Collections:Publications



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.