Please use this identifier to cite or link to this item:
                
    
    http://hdl.handle.net/20.500.12323/5474| Title: | Düzən Qarabağ Son Neolit dövründə | 
| Authors: | Əliyev, Təvəkkül Helving, Barbara  | 
| Keywords: | Qarabağ Neolit Kamiltəpə Almaniya  | 
| Issue Date: | 2021 | 
| Publisher: | Khazar University Press | 
| Citation: | Azerbaijan Archaeology | 
| Series/Report no.: | Vol. 24;№ 1 | 
| Abstract: | Uzun fasilədən sonra, 2008-ci ildə Qalatəpə Antik və Orta əsr şəhər məskənində qazıntılara start verilməsi ilə Mil-Qarabağ düzündə arxeoloji təd-qiqatlar bərpa olundu. Ərazini nəzərdən keçirmək və əvvəllər qeydə alınmış abidələrin vəziyyətini öyrənmək məqsədilə kəşfiyyat işləri aparıldı, o cüm-lədən, hələ XX əsrin ortalarında qeydə alınmış Kamiltəpə qədim yaşayış yerində yoxlama şurf qoyuldu: çiy kərpicdən tikili qalığı açıldı, obsidian qəl-pələrindən əmək alətləri və saxsı məmulatı nümunələri toplandı. Bu abidənin antropogen təsir nəticəsində ciddi dağıntıya məruz qalması Azərbaycan-Almaniya birgə arxeoloji ekspedisiyasının 2009-cu ildə burada kompleks araşdırmalara başlamasına zəmin yaratdı. Sonrakı il bu əməkdaşlıq daha da dərinləşdi: AMEA Arxeologiya və Etnoqrafiya İnistitutu, Gürcüstan Milli Muzeyi, Almaniya Arxeolgiya İnistututu və Fransa Milli Araşdırmalar İnisti-tutunun müştərək təşkilatçılığı ilə Kür çayı hövzəsində yerləşən Son Neolit dövrünə aid üç abidənin öyrənilməsi qərara alındı. 2010-2012-ci illərdə “Qə-dim Kür” (“Ancient Kura”), 2013-2015-ci illərdə isə “Kür hərəkətdədir” (“Kura in Motion”) layihələri çərçivəsində Gürcüstan ərazisindəki Arıxlı (Aruxlo), Azərbaycanda – Tovuz rayonunda Menteştəpə qədim yaşayış yer-ləri ilə yanaşı, Mil düzündə Kamiltəpə və onun ətrafında da iri miqyaslı ar-xeoloji qazıntılar aparıldı. Bu tədqiqatlar təkcə Azərbaycanın deyil, bütövlük-də Cənubi Qafqazın Neolit dövrü mədəniyyətinin öyrənilməsində mühüm ad-dım oldu. | 
| URI: | http://hdl.handle.net/20.500.12323/5474 | 
| ISSN: | 2218-0346 | 
| Appears in Collections: | 2021, Vol. 24, № 1 | 
Files in This Item:
| File | Description | Size | Format | |
|---|---|---|---|---|
| Düzən Qarabağ Son Neolit dövründə.pdf | 1.05 MB | Adobe PDF | View/Open | 
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.