Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/5126
Title: | Qarabağda kəşf edilmiş Leylatəpə mədəniyyəti |
Authors: | Müseyibli, Nəcəf |
Keywords: | Qarabağ Leylatəpə yaşayış yeri miqrasiya düzbucaq planlı tikililər saxsı qab qəbirləri keramika |
Issue Date: | 2020 |
Publisher: | Khazar University Press |
Citation: | Azerbaijan Archaeology |
Series/Report no.: | Vol. 23;№ 2 |
Abstract: | Azərbaycan tarixinin müxtəlif mərhələlərinə aid çoxsaylı abidələrin yerləşdiyi Qarabağ bölgəsinin əlverişli təbii-coğrafi şəraiti ən qədim zaman-lardan burada insanların sıx məskunlaşmasına səbəb olmuşdur. Bu bölgədə, lokal bir ərazidə tarixin bütün mərhələlərini əhatə edən arxeoloji abidlər aş-kar edilmişdir. Heç də təsadüfi deyil ki, Cənubi Qafqaz miqyasında nisbətən kiçik bir ərazi olan Qarabağın abidələrinin tədqiqatları nəticəsində dörd arxeoloji mədəniyyət – Paleolit dövrünə aid Quruçay, son Xalkolit dövrünə aid Leylatəpə, Orta Tunc dövrünə aid Üzərliktəpə və Son Tunc-İlk Dəmir dövrünə aid Xocalı-Gədəbəy (Gəncə-Qazax bölgəsinin həmdövr abidələri ilə birgə) mədəniyyətləri kəşf edilmişdir. Əlbəttə, bunlardan əlavə ərazidə Kültəpə və Kür-Araz mədəniyyətləri abidələri də geniş yayılmışdır. Bütün bu arxeoloji mədəniyyətlər sırasında Leylatəpə mədəniyyətinin xüsusi yeri vardır. Digər mədəniyyətlərin hamısı mənşəyi ilə yerli ənənələrlə bağlı idi. Leylatəpə mədəniyyəti isə e. ə. V minilliyin sonu-IV minilliyin əv-vəllərində Şərqi Anadolu-Şimali Mesopotamiyadan (yuxarı Dəclə-Fərat re-gionu) Cənubi Qafqaza kütləvi axınlar nəticəsində meydana çıxmışdı. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Leylatəpə mədəniyyəti Cənubi Qafqazda bəzi yerli xüsusiyyətlərə də malik olmuşdur |
URI: | http://hdl.handle.net/20.500.12323/5126 |
ISSN: | 2218-0346 |
Appears in Collections: | 2020, Vol. 23, № 2 |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Qarabağda kəşf edilmiş Leylatəpə mədəniyyəti.pdf | 751.22 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.