Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/3711
Title: | Xocalı – Gədəbəy mədəniyyətinin dəfn ənənəsində replika-əşyalar |
Other Titles: | (Tovuz bölgəsindən olan son tunc dövrü tapıntıları üzrə) |
Authors: | Qasımov, Pərviz |
Keywords: | Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti dəfn ənənəsində replika-əşyalar Son tunc dövrü Cənubi Qafqazda |
Issue Date: | 2017 |
Publisher: | Khazar University Press |
Citation: | Azerbaijan archaeology |
Series/Report no.: | Vol. 20;№ 2 |
Abstract: | Son tunc-erkən dəmir dövründə Şimali Azərbaycan ərazisini geniş əhatə etmiş Xocalı-Gədəbəy mədəniyyətinin abidələri və artefaktları tunc dövrünün müxtəlif mərhələlərinə aid arxeoloji mədəniyyətlərin abidə və artefaktları ilə müqayisədə kəmiyyət üstünlüyünə malikdir. XIX əsrdən bu günədək Xocalı–Gədəbəy mədəniyyəti barədə ən çox məlumatlar daha çox bu mədəniyyətin müxtəlif tipli qəbir abidələrindən əldə edilmişdir. Son dövrlərdə Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində aşkar edil-miş Xocalı–Gədəbəy mədəniyyətinə aid qəbirlərdəki dəfn inventarının, xü-susilə tuncdan olan əşyaların analizi belə bir fikir yürütməyə əsas verir ki, bu əşyalar sadəcə istifadəyə yararsız replikalar (imitasiya) olmuşdur. Görü-nür ki, Xocalı–Gədəbəy mədəniyyəti əhalisində dəfn inventarının replikalar-dan təşkili ənənəsi və bu ənənənin rasional və ya irrasional motivləri var idi. Tovuz bölgəsindəki son tapıntılar. Son tunc-erkən dəmir dövründə müasir Cənubi Qafqaz ərazisinin əsas hissəsini Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti əhatə etmişdir. Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid yaşayış məskənləri, qəbir abidələri, maddi mədəniyyət nümunələri əvvəlki dövrlərin (neolit, xalkolit, ilk və orta tunc dövrü) analoji göstəriciləri ilə mü-qayisədə kəmiyyət üstünlüyünə malikdir. Bu isə, son tunc dövründə regio-nun yüksək templə inkişaf etdiyini və eyni mədəniyyət, xüsusilə də eyni dini baxışların daşıyıcısı olan əhali tərəfindən daha intensiv məskunlaşdığını göstərir. |
URI: | http://hdl.handle.net/20.500.12323/3711 |
ISSN: | 2218-0346 |
Appears in Collections: | 2017, Vol. 20, № 2 |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Pərviz Qasımov.pdf | 1.23 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.