Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8205
Title: Maddə istifadəsi pozuntusunun müalicəsində və relaps dönəminin aradan qaldırılmasında virtual reallıq metodunun istifadəsi ilə üzləşmə terapiyasının tətbiqinə müasir yanaşmalar
Other Titles: Contemporary Approaches To The Application Of Exposure Therapy Using Virtual Reality Method In The Treatment Of Substance Use Disorder And Elimination Of The Relapse Period
Современные подходы к применению экспозиционной терапии с использованием метода виртуальной реальности в лечении нарушения употребления веществ и ликвидации рецидивного периода
Authors: Allahverdiyev, Ramin
Muxtarov, Mirsadiq
Keywords: Maddə İstifadə Pozuntusu
Virtual Reallıq Ekspozisiya Terapiyası (VRET)
Relapsın Qarşısının Alınması
Maddəyə İstək
Issue Date: Dec-2025
Publisher: AcademyGate Publishing
Series/Report no.: Vol. 6;History of Science, № 5
Abstract: Maddə İstifadə Pozuntusu (MİP)-xüsusilə nikotin, alkoqol və digər psixoaktiv maddələrə qarşı asılılıq-relaps riski və xronik gedişi ilə xarakterizə olunan ciddi ictimai sağlamlıq problemidir. MİP-in patofiziologiyası reflektiv və refleksiv idrak sistemləri arasındakı tarazlığın pozulması ilə izah olunur və bu hal asılılığa səbəb olan impulsiv qərarvermə və zəif özünü tənzimləmə ilə müşayiət olunur. Ənənəvi psixoterapevtik yanaşmalar, o cümlədən Koqnitiv Davranış Terapiyası (CBT) və üzləşmə terapiyası, relapsın qarşısının alınmasında məhdud təsir göstərdiyindən, bu sahədə yeni texnoloji əsaslı müdaxilələrə ehtiyac yaranmışdır. Virtual Reallıq (VR) texnologiyası, yüksək immersiv potensialı sayəsində maddə ilə bağlı tətikləyicilərə qarşı reaktivliyi stimullaşdırmaq və idarə etmək üçün yeni bir vasitə kimi təklif olunur. Ədəbiyyat icmalı göstərir ki, VR əsaslı üzləşmə terapiyası (VR-ÜT) istək (craving) və maddə istifadəsinin azaldılmasında ümidverici nəticələr vermişdir. VR-ÜT-nin relaps riskinə təsiri və uzunmüddətli effektivliyi hələ tam aydınlaşdırılmayıb. Bu səbəbdən, VR texnologiyasının MİP-in qiymətləndirilməsi və müalicəsində istifadəsi üçün metodoloji cəhətdən güclü və uzunmüddətli təsiri olan tədqiqatlara ehtiyac vardır. Nəticə etibarilə, VR texnologiyası MİP-lə bağlı terapiyalarda əlavə və fərdiləşdirilmiş yanaşma kimi nəzərdən keçirilə bilər.
URI: http://hdl.handle.net/20.500.12323/8205
ISSN: 2790-0029
Appears in Collections:Publications

Files in This Item:
File Description SizeFormat 
1177.pdf622.88 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.