Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8084
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorƏhmədli, Aydan İlham qızı-
dc.date.accessioned2025-09-11T11:16:57Z-
dc.date.available2025-09-11T11:16:57Z-
dc.date.issued2025-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/8084-
dc.descriptionFakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: P.ü.f.d. Lalə Məhəmməd qızı Cabbarovaen_US
dc.description.abstractTəqdim edilmiş bu dissertasiya işi yeniyetmələrdə bağlanma tərzlərindən asılı olaraq təşviş və aqressiyanı öyrənir. Tədqiqat işi ümumilikdə giriş, üç fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Giriş hissədə mövzunun aktuallığı, mövzunun işlənmə dərəcəsi, tədqiqat obyekti, tədqiqatın predmeti, tədqiqatın məqsəd və vəzifələri, tədqiqat hipotezləri, tədqiqat metodikaları, tədqiqatın elmi əhəmiyyəti, tədqiqatın elmi yeniliyi, tədqiqatın nəticəsi və tədqiqatın strukturu öz əksini tapmışdır. Dissertasiya işinin “Ədəbiyyat xülasəsi” adlı birinci fəsli 2 yarımfəsildən və 7 alt yarımfəsildən ibarətdir. Burada bağlılıq probleminin konseptual məsələləri, bağlılıq nəzəriyyələri və problemlə bağlı araşdırmalar, bağlılıq tərzləri və onun şəxsiyyətin təşəkkülündə rolu ilə bağlı tədqiqatların təhlili, təşviş fenomeni və onun yeniyetmələrdə təzahür formaları, aqressiya və onun əsas formaları, yeniyetmələrdə aqressiv davranışın xüsusiyyətləri və bağlanma tərzlərinə əsasən təşviş və aqressiyanın öyrənilməsi ilə bağlı tədqiqatların təhlilindən bəhs edilir. Təqdim edilən dissertasiya işinin ikinci fəsli “Tədqiqatın metod və metodologiyası” adlanır. İkinci fəsil 2 yarımfəsildən ibarətdir. Burada tədqiqatın təşkili, keçirilməsi və istifadə edilmiş metodikalardan bəhs edilir. Dissertasiya işinin üçüncü fəsli “Tədqiqatdan alınan nəticələrin təhlili və onların müzakirəsi” adlanır. Üçüncü fəsil 5 yarımfəsildən ibarətdir. Burada demoqrafik məlumatların göstəricilərinin təhlili, hamiltonun təşviş reytinqi cədvəli (HARS) nəticələrinin təhlili, böyüklər üçün bağlanma tərzi şkalasının nəticələrinin təhlili, A.Bass və A.Darki aqressiyanın göstəriciləri və formalarının diaqnostikasının nəticələrinin təhlili, normallıq (“Kolmogorov-Smirnov”; “Shapiro-Wilk”) və qeyri-parametrik test analizlərinin nəticələrindən bəhs edilir. Tədqiqatda yeniyetmələrə “Demoqrafik məlumatlar anketi”, Cindy Hazan və Phillip Shaver tərəfindən 1987-ci ildə tərtib edilən “Böyüklər üçün bağlanma tərzi şkalası”, 1957-ci ildə A.Bass və A.Darki tərəfindən tərtib edilən “A. Bass və A. Darki aqressiya testi” və 1959-cu ildə M.Hamilton tərəfindən tərtib edilən “Hamiltonun təşviş reytinqi cədvəli” metodikaları tətbiq edilmiş və nəticələr təhlil olunmuşdur. Əldə edilmiş nəticələrin təhlili zamanı SPSS proqramının IBM 30.0 versiyasından istifadə edilmişdir. Beləliklə tədqiqatın nəticələri göstərdi ki, yeniyetmələrin bağlanma tərzləri ilə onların təşviş və aqressiya səviyyələri arasında statistik baxımdan əhəmiyyətli bir əlaqə mövcud deyil (p > 0.05). Aqressiya ilə təşviş səviyyəsi arasında mənfi və statistik olaraq əhəmiyyətli bir korelyasiya müəyyən edilmişdir (p < 0.05). Bu nəticə, aqressiv davranışların yeniyetmələrdə təşvişi azaltmaq üçün mümkün müdafiə mexanizmi funksiyası daşıdığını göstərir. Dissertasiya işi nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı ilə tamamlanmışdır.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseries;Magistr dissertasiyası-
dc.subjectbağlanma nəzəriyyəsien_US
dc.subjectbağlanma tərzlərien_US
dc.subjecttəşvişen_US
dc.subjectaqressiyaen_US
dc.titleYeniyetmələrdə bağlanma tərzlərindən asılı olaraq təşviş və aqressiyanın öyrənilməsien_US
dc.typeThesisen_US
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.