Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7774
Title: | Təhsildə Marketinq Strategiyaları Və Maraqlı Tərəflərin Münasibəti - Azərbaycan Nümunəsində |
Authors: | Tağıyeva, Nurlanə |
Keywords: | Azərbaycan təhsil strategiya marketinq hədəf universitet education |
Issue Date: | 2024 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Dissertasiya işimiz Azərbaycanın təhsil müəssisələrində marketinq strategiyalarına maraqlı tərəflərin münasibətinin tədqiqindən ibarətdir.Buraxılış işinin ‘Giriş’ bölümündə mövzunun aktuallığını əsaslanmdırmışıq,onun predmet və obyekti vurğulanmışdır ,həmçinin elmi-nəzəri əsasları izah edilmiş,elmi yenilikləri təqdim olunmuşdur.Dissertasiyamızın birinci fəsli olan ’Təhsil sektorunda marketinq strategiyalarının fəaliyyətinin elmi-nəzəri əsasları’ bölümündə marketinq strategiyası qarışığından (7P),onların təhsil müəssisələrinin fəaliyyətində ,müştərilərlə uğurlu komunikasiya yaradılmasında ,müştəri cəlb edilməsində və nəhayət rəqiblərlə müqayisədə bazarda rəqabətüstünlüyü qazanmasında əvəzsiz rolundan danışmışıq.Buraxılış işinin ikinci fəsli olan ’Təhsil sektorunun marketinq fəaliyyətinin dinamik təhlili’ bölümündə təhsil sektorunun dinamikləri və onların keyfiyyətli tədris prosesinə necə şərait yaratmasından , tədqiqatın hipotezlərindən (H5) və tədqiqat modelindən bəhs edilmişdir.Araşdırmanın üçüncü fəsli olan ‘Azərbaycan Universitetlərinin marketinq strategiyalarına maraqlı tərəflərin münasibətinin tədqiqi’ bölümündə isə tədqiqatın məqsədindən yəni maraqlı tərəflərin gözləntilərinin müəyyən edilməsilə təhsil xidməti keyfiyyətinin artırılması və əldə olunan məmnuniyyətdən ,həmçinin Azərbaycanın təhsil sahəsində marketinq strategiyalarını inkişaf etdirməkdən və maraqlı tərəflərin bu prosesdəki rolundan bəhs edilir.Həmçinin bu bölümdə tədqiqatın metodologiyasından,yəni data toplamaq üçün tərtib etdiyimiz anket sorğusundan danışmışıq.Bu sorğunu Azərbaycanın ali təhsil müəssisələrində apararaq 409 respondentin sorğuda iştirakına nail olmuşuq .Onlardan yığılan məlumatların analizi SPSS-də aparılmışdır və model testi qurulmuşdur.Həmçinin bu bölmədə tədqiqatın praktik və nəzəri əhəmiyyətindən,onun yerli ədəbiyyata nəzəri töhfəsiylə yanaşı,təhsil müəssisələrinə praktiki önəmindən danışdıq.Buraxılış işinin sonunda tədqiqatın əldə olunan nəticələri və verilən təkliflərindən bəhs etdik.Tədqiqatın çatışmayan cəhətlərini qeyd edərək ,gələcək tədqiqatlar üçün təkliflərimizi irəli sürdük. |
Description: | Fakültə: Biznesin Təşkili və İdarə Edilməsi Departament: İqtisadiyyat və Menecment İxtisas: Marketinq Elmi rəhbər: Hüseynova Sara |
URI: | http://hdl.handle.net/20.500.12323/7774 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Təhsildə Marketinq Strategiyaları Və Maraqli Tərəflərin Münasibəti - Azərbaycan Nümunəsində.pdf | 767.33 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.