Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8061
Title: | Həssas əhali qruplarından olan şəxslərin psixopatoloji xüsusiyyətləri |
Authors: | Kələntərli, Aysu Elçin qızı |
Keywords: | həssas əhali qrupu psixopatoloji xüsusiyyətlər |
Issue Date: | 2025 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Dissertasiya işinin əsas məqsədi Bu tədqiqatın məqsədi, həssas əhali qruplarına daxil olan şəxslərin psixopatoloji problemlərini araşdırmaq, bu problemlərin yayılma dərəcəsini və onlara təsir göstərən amilləri müyən edərək, psixoloji dəstək və sosial yardım mexanizmlərinin effektivliyini qiymətləndirməkdir. Həssas əhali qruplarına daxil olan şəxslərin psixopatoloji problemlərinin araşdırılması, bu problemlərin yayılma dərəcəsinin müəyyən edilməsi və onları təsir edən amillərin analiz edilməsi, daha sonra psixoloji dəstək və sosial yardım mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi tədqiqatın əsas hədəfləridir. Bu yanaşma, cəmiyyətin bu qruplarına daha yaxşı xidmət göstərilməsi üçün praktik məlumatların əldə edilməsinə, dəstək sistemlərinin gücləndirilməsinə kömək edə bilər. Bu tədqiqatın obyektini həssas əhali qruplarından olan şəxslərin (daimi yaşayış yeri olmayan insanların) psixopatoloji xüsusiyyətləri və onların sosial reallıqla qarşılıqlı əlaqələri təşkil edir. Tədqiqatın predmetinə həssas əhali qruplarından olan şəxslərin psixi sağlamılıq problemləri, bu problemlərin yaranma səbəbləri və onlara yönəlik psixoloji dəstək mexanizmləri aiddir. Bu mövzu ilə bağlı yerli və beynəlxalq səviyyədə müxtəlif tədqiqatların aparılması, psixopatoloji problemlərin daha dərindən anlaşılması və onların qarşısının alınması üçün mühüm addımlar atılmasına imkan verir. Dissertasiya işinin birinci fəslində müasir psixoloji ədəbiyyatlarda həssas əhali qrupu anlayişi, həssas əhali qrupları ilə bağlı nəzəri fikirlərin təhlili, həssas əhali qruplarının təsnifatı və psixologiyası araşdırılır. Birinci fəsildə həmçinin, həssas əhali qruplarında psixopatoloji xüsusiyyətlərin tədqiqi, həssas əhali qruplarına daxil olan şəxslərdə patalogiyanın xüsusiyyətləri və həssas əhali qruplarından olan şəxslərə psixoloji müdaxilənin formaları da geniş təhlil olunur. Birinci fəslin sonunda həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial dəstək mexanizmlərinin effektivliyi ətraflı şəkildə şərh olunmuşdur. Dissertasiya işinin ikinci fəslində həssas əhali qruplarindan olan şəxslərin psixopatoloji xüsusiyyətləri təhlilinin eksperimental hissəsi təhlil olunur. Burada əsasən, tədqiqatın təşkili və keçirilməsi barədə, tədqiqat iştirakçıları barədə və tədqiqat zamanı istifadə olunmuş metodlar barədə izahahat verilir. |
Description: | Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: P.ü.f.d, dosent Sevinc Ağavəli qızı Allahyarova |
URI: | http://hdl.handle.net/20.500.12323/8061 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Həssas əhali qruplarından olan şəxslərin psixopatoloji xüsusiyyətləri.pdf | 1.21 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.