Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8029
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.contributor.author | Alıyeva, Aytən İlqar qızı | - |
dc.date.accessioned | 2025-07-18T08:25:00Z | - |
dc.date.available | 2025-07-18T08:25:00Z | - |
dc.date.issued | 2025 | - |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12323/8029 | - |
dc.description | Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya Departamenti İxtisas: Klinik Psixologiya Elmi rəhbər: P.ü.f.d. Ceyhun Qurbanalı oğlu Alıyev | en_US |
dc.description.abstract | Texnologiyanın sürətli inkişafı ilə sosial media istifadəçilərinin sayı artmaqda davam edir. Bu tendensiya ilə daimi sosial platformalardan istifadə edən şəxslər digər insanların reallığı əks etdirməyən ideal şəkillərinə məruz qalırlar. Beləliklə, sosial müqayisə nəticəsində insanlarda düzgün olmayan bədən təsəvvürü formalaşır. Hazırda ölkəmizdə ümumi əhalinin 88%-nin istifadə etdiyi sosial media platformaları insanların bəyənmək və bəyənilmək kimi istəklərini ortaya çıxarıb. Arıqlığın ideallaşdırılması fərdin öz bədəninə münasibəti, o cümlədən fərdlərin öz fiziki görünüşü ilə bağlı qavrayışları, inancları, düşüncələri, duyğuları və davranışları kimi müəyyən edilir. İnsanlar öz bədənlərindən razı olduqda müsbət, əksinə bədəni ilə bağlı mənfi təhrif olunmuş düşüncələrə sahib olan insanlarda isə mənfi bədən təsəvvürü formalaşır. Beləliklə, insanlar ideal bədən formasına çatmaq üçün təhlükəli üsullara əl atır, yemək vərdişlərini dəyişirlər. Buna görə də, sosial media bilavasitə gənclərdə yemək pozuntularının yaranmasına səbəb olmuşdur. Tədqiqatın əsas məqsədi gənclərdə sosial media istifadəsi ilə bədən təsəvvürü və yemə pozuntusu arasındakı əlaqənin müəyyənləşdirilməsi və təhlilindən ibarətdir. Tədqiqatımız 18-29 yaş kateqoriyasında Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Xəzər Universitetində keçirilmişdir. Statistik nəticələrə əsasən, iştirakçıların əksəriyyəti instagram platformasında daha çox vaxt keçirirlər. Demoqrafik kateqoriyaya görə, respodentlərin əksər faizini qadınlar təşkil edir. Belə ki, iştirakçılar sosial mediada daha çox vaxt keçirdikcə, onların həm yemək davranışlarında problemləri artır, həm də bədənlərinə baxışları (özlərini necə görmələri) daha tənqidi olur. Yəni, estetik əməliyyat etdirən şəxslər nəinki, sosial mediaya daha çox bağlıdır, həm də qidalanma davranışlarında daha problemli meyillər nümayiş etdirirlər. Araşdırmamız göstərdi ki, 18–29 yaş aralığında olan respondentlərin böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini Instagram və TikTok platformalarında keçirir, paylaşmazdan əvvəl fotolarını böyük həvəslə redaktə edir və artıq filtrsiz görüntünü adi hal kimi qəbul etmirlər. İlk növbədə, ailənin gəlir səviyyəsi və təhsil göstəriciləri gəncin onlayn davranış formasına ciddi şəkildə təsir göstərir. Belə olduqda, platformlara haqqında maarifləndirmə modulları yalnız məktəblərdə deyil, peşə liseylərində, universitetlərdə və qısamüddətli kurslarda da əlçatan edilməlidir ki, bu sahədə olan boşluq psixoloji risk fərqinə çevrilməsin. Apardığımız eksperimental tədqiqatın nəticəsinə görə də sosial media platformalardan istifadə edən gənclərin bədən təsəvvürünə təsiri ilə yaranan yemə pozuntuları arasında statistik əlaqənin olduğu öz əksini tapmışdır. Bu əlaqəyə görə də bizim əsas fərziyyəmiz öz doğruluğunu əks etdirir. Ümumilikdə tədqiqat işinin istiqaməti, irəli sürülən fərziyyələr, qarşıya qoyulan məqsədlər tədqiqatın eksperimental olaraq mahiyyətini ortaya çıxarmış olur. | en_US |
dc.language.iso | other | en_US |
dc.relation.ispartofseries | ;Magistr dissertasiyası | - |
dc.subject | sosial media asılılığı | en_US |
dc.subject | bədən təsəvvürü | en_US |
dc.subject | yemə pozuntuları | en_US |
dc.title | Gənclərdə sosial medianın təsiri ilə bədən təsəvvürü arasındakı əlaqənin klinik-psixoloji tədqiqi | en_US |
dc.type | Thesis | en_US |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Gənclərdə sosial medianın təsiri ilə bədən təsəvvürü arasındakı əlaqənin klinik-psixoloji tədqiqi.pdf | 1.18 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.