Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8017
Title: Dəri xəstəlikləri olan insanların təhsil səviyyələrinə görə depressiyanın öyrənilməsi
Authors: Həsənova, Aybəniz Nadir qızı
Keywords: dəri xəstəlikləri
sosial-psixoloji vəziyyət
depressiya
Issue Date: 2025
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Dissertasiya işi dəri xəstəlikləri olan insanların təhsil səviyyələrinə görə depressiyanın öyrənilməsinə həsr edilmişdir. İşin əsas məqsədi dəri xəstələrində təzahür edən depressiyanın təhsil səviyyəsi ilə əlaqəsini ətraflı təhlil və tədqiq etməkdir. Tədqiqat işinin nəzəri hissəsində dəri xəstəliklərinin klinik-psixoloji mahiyəti təhlil olunmuş, dəri xəstəliklərinin psixosomatikası və somatopsixologiyası öyrənilmiş, dəri xəstələrinin sosial-psixoloji vəziyyətinə nəzər yetirilmiş, dəri xəstələrinin sosial-demoqrafik vəziyyəti müəyyənləşdirilmiş, depressiyanın klinik-psixoloji mahiyyətini ətraflı şəkildə açıqlanmış, dəri xəstəliklərinin depressiyanın yaranmasında rolu müəyyən olunmuşdur. Dissertasiya işinin tədqiqat hissəsi mövzunun araşdırılmasına həsr edilmişdir. Tədqiqat işin 100 nəfər 25-65 yaş həddində dəri xəstələri iştirak etmişdir. Tədqiqat Respublika Dəri Zöhrəvi Mərkəzində aparılmışdır. Depressiyanın diaqnostikası üçün Hamilton depressiya reytinqi cədvəli istifadə edilmişdir. Alınan məlumatların statistik təhlili üçün IBM SPSS (29.0) proqramında T-test istifadə edilmişdir.
Description: Fakültə: Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil Departament: Psixologiya İxtisas: Klinik psixologiya Elmi rəhbər: p.ü.f.d., dosent Kamilə Qinyaz qızı Kazımova
URI: http://hdl.handle.net/20.500.12323/8017
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.