Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7651
Title: Zob Xəstələrinin Həyəcan və Təşviş Səviyyələrinin öyrənilməsi
Authors: Əliyeva, Röyanə Ramiz qızı
Keywords: triod hormonlar
zob xəstəliyi
təşviş
həyəcan
Issue Date: 2024
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Dissertasiya işi tiroid hormonunun disfunksiyası səbəbindən yaranmış olan zob xəstəliyindən əziyyət çəkən şəxslərdə onların həyəcan və təşviş səviyyələrinin tədqiqinə həsr olunmuşdur. Elmi işin əsas məqsədi zob xəstələrində həyəcan və təşviş səviyyələrinin, xəstəliyin fərqli gedişatına müvafiq olaraq tədqiq olunmasından ibarətdir. I fəsildə tədqiqatçıların həyəcan və təşviş haqqında fikirləri, baxışları əks olunmuşdur. Bu fəsildə həyəcan və təşviş anlayışlarının klinik psixoloji xarakteristikası, tədqiqi istiqamətləri və əlamətləri ətraflı şəkildə nəzərə çatdırılmışdır. Həmçinin, zob xəstələrinin psixoloji portreti haqqında məlumat verilmişdir. Dissertasiya işinin bu hissəsində tiroid hormonlarının təsir göstərdiyi psixoloji dəyişilmələr araşdırılmışdır. Eyni zamanda, zob xəstəliyinin psixosomatikası, bu xəstəlikdən əziyyət çəkən xəstələrdə həyəcan və təşvişin əlamətləri təqdim edilmişdir. Mövzu ilə əlaqədar olan II fəsildə tədqiqat işinin təşkili və keçirilməsi , metodları göstərilmişdir. Sonda isə, yekun olaraq verilmiş III fəsildə tədqiqatda əldə olunan nəticələrlə birgə onların ətraflı və geniş şərhi əksini tapmışdır. Tədqiqatın obyekti: Tədqiqatın obyekti tədqiqatda iştirak edən zob xəstələridir. Tədqiqat işində yaş həddi 25-50 aralığında olan 68 nəfər zob xəstəliyindən əziyyət çəkən şəxs iştirak etmişdir. Tədqiqatın predmeti: Zob xəstələrində həyəcan və təşviş səviyyələrinin daha yaxşı başa düşülməsi və onların idarə edilməsi üçün effektiv strategiyaların inkişaf etdirilməsi məqsədini daşıyır. Belə ki, bu xəstələrin həyat keyfiyyətini, rifahını artırmağa və müalicə nəticələrini yaxşılaşdırmağa yönəlmişdir. Tədqiqat işimizin bir əsas və iki köməkçi fərziyyə irəli sürülmüşdür. Əsas fərziyyəmiz budur ki, zob xəstələrinin həyəcan və təşviş səviyyəsi, xəstəliyin müalicə (farmakoloji) müddəti ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Köməkçi fərziyyələrimiz isə bunlardan ibarətdir: - Əməliyyat keçirən zob xəstələrində həyəcan və təşviş səviyyəsi, əməliyyat keçirməyən zob xəstələrinin həyəcan və təşviş səviyyəsindən əhəmiyyətli dərəcədə fərqlidir. - Sadə növ zob xəstələrində həyəcan və təşviş səviyyəsi, zəhərli növ zob xəstələrinin həyəcan və təşviş səviyyəsindən əhəmiyyətli dərəcədə fərqlidir. Tədqiqat metodlarından əldə olunan nəticələrin statistik tədqiqi üçün parametrik metodlardan “Pearson” korrelyasiya analizi və “t-test” seçilmişdir. Tədqiqat işi zamanı qarşıya qoyduğumuz fərziyyələrin hər biri təsdiq olunmuşdur. Əldə edilən nəticələr statistik səviyyədə əhəmiyyətli olduğu üçün statistik etibarlılıq təmin edilmişdir.
Description: Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər:Dos. Allahyarova Sevinc Ağavəli qızı
URI: http://hdl.handle.net/20.500.12323/7651
Appears in Collections:Thesis

Files in This Item:
File Description SizeFormat 
Zob Xəstələrinin Həyəcan və Təşviş Səviyyələrinin öyrənilməsi.pdf1.5 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.