Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7651
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.contributor.author | Əliyeva, Röyanə Ramiz qızı | - |
dc.date.accessioned | 2024-09-26T07:37:44Z | - |
dc.date.available | 2024-09-26T07:37:44Z | - |
dc.date.issued | 2024 | - |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12323/7651 | - |
dc.description | Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər:Dos. Allahyarova Sevinc Ağavəli qızı | en_US |
dc.description.abstract | Dissertasiya işi tiroid hormonunun disfunksiyası səbəbindən yaranmış olan zob xəstəliyindən əziyyət çəkən şəxslərdə onların həyəcan və təşviş səviyyələrinin tədqiqinə həsr olunmuşdur. Elmi işin əsas məqsədi zob xəstələrində həyəcan və təşviş səviyyələrinin, xəstəliyin fərqli gedişatına müvafiq olaraq tədqiq olunmasından ibarətdir. I fəsildə tədqiqatçıların həyəcan və təşviş haqqında fikirləri, baxışları əks olunmuşdur. Bu fəsildə həyəcan və təşviş anlayışlarının klinik psixoloji xarakteristikası, tədqiqi istiqamətləri və əlamətləri ətraflı şəkildə nəzərə çatdırılmışdır. Həmçinin, zob xəstələrinin psixoloji portreti haqqında məlumat verilmişdir. Dissertasiya işinin bu hissəsində tiroid hormonlarının təsir göstərdiyi psixoloji dəyişilmələr araşdırılmışdır. Eyni zamanda, zob xəstəliyinin psixosomatikası, bu xəstəlikdən əziyyət çəkən xəstələrdə həyəcan və təşvişin əlamətləri təqdim edilmişdir. Mövzu ilə əlaqədar olan II fəsildə tədqiqat işinin təşkili və keçirilməsi , metodları göstərilmişdir. Sonda isə, yekun olaraq verilmiş III fəsildə tədqiqatda əldə olunan nəticələrlə birgə onların ətraflı və geniş şərhi əksini tapmışdır. Tədqiqatın obyekti: Tədqiqatın obyekti tədqiqatda iştirak edən zob xəstələridir. Tədqiqat işində yaş həddi 25-50 aralığında olan 68 nəfər zob xəstəliyindən əziyyət çəkən şəxs iştirak etmişdir. Tədqiqatın predmeti: Zob xəstələrində həyəcan və təşviş səviyyələrinin daha yaxşı başa düşülməsi və onların idarə edilməsi üçün effektiv strategiyaların inkişaf etdirilməsi məqsədini daşıyır. Belə ki, bu xəstələrin həyat keyfiyyətini, rifahını artırmağa və müalicə nəticələrini yaxşılaşdırmağa yönəlmişdir. Tədqiqat işimizin bir əsas və iki köməkçi fərziyyə irəli sürülmüşdür. Əsas fərziyyəmiz budur ki, zob xəstələrinin həyəcan və təşviş səviyyəsi, xəstəliyin müalicə (farmakoloji) müddəti ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Köməkçi fərziyyələrimiz isə bunlardan ibarətdir: - Əməliyyat keçirən zob xəstələrində həyəcan və təşviş səviyyəsi, əməliyyat keçirməyən zob xəstələrinin həyəcan və təşviş səviyyəsindən əhəmiyyətli dərəcədə fərqlidir. - Sadə növ zob xəstələrində həyəcan və təşviş səviyyəsi, zəhərli növ zob xəstələrinin həyəcan və təşviş səviyyəsindən əhəmiyyətli dərəcədə fərqlidir. Tədqiqat metodlarından əldə olunan nəticələrin statistik tədqiqi üçün parametrik metodlardan “Pearson” korrelyasiya analizi və “t-test” seçilmişdir. Tədqiqat işi zamanı qarşıya qoyduğumuz fərziyyələrin hər biri təsdiq olunmuşdur. Əldə edilən nəticələr statistik səviyyədə əhəmiyyətli olduğu üçün statistik etibarlılıq təmin edilmişdir. | en_US |
dc.language.iso | other | en_US |
dc.relation.ispartofseries | ;Magistr dissertasiyası | - |
dc.subject | triod hormonlar | en_US |
dc.subject | zob xəstəliyi | en_US |
dc.subject | təşviş | en_US |
dc.subject | həyəcan | en_US |
dc.title | Zob Xəstələrinin Həyəcan və Təşviş Səviyyələrinin öyrənilməsi | en_US |
dc.type | Thesis | en_US |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Zob Xəstələrinin Həyəcan və Təşviş Səviyyələrinin öyrənilməsi.pdf | 1.5 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.