Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7644
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.contributor.author | Şirəlizadə, Səbinə Vüqar qızı | - |
dc.date.accessioned | 2024-09-25T06:15:25Z | - |
dc.date.available | 2024-09-25T06:15:25Z | - |
dc.date.issued | 2024 | - |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12323/7644 | - |
dc.description | Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya Departamenti İxtisas: Klinik Psixologiya Psixologiya üzrə fəlsəfə doktoru Verdiyeva Ləman Əşrəf qızı | en_US |
dc.description.abstract | Tədqiqatın məqsədi ailə məişət zorakılığına məruz qalmış qadınlarda posttravmatik stress pozuntusu ilə özgüvən arasındakı əlaqəni anlamaq və aydınlaşdırmaqdır. 20-50 yaş həddində 103 nəfər ailə məişət zorakılığına məruz qalmış qadın götürülmüşdür. Bu qadınların bir qismi erkən yaşda zorakılığa məruz qalmış qadınlar digər qismi isə uzunmüddətli zorakılığa məruz qalmış qadınlar götürülmüşdür. Ailə məişət zorakılığı sosial hadisədir həmçinin bütün cəmiyyətlərdə müşahidə olunur. Zorakılığın səbəblərinə psixososial yanaşmalar bizə zorakılığın mürəkkəb təbiətini anlamağa və effektiv müdaxilə strategiyaları hazırlamağa kömək edə bilər. Bu yanaşmalar zorakılığa qarşı mübarizədə fərdi, ailə, sosial və mədəni səviyyələrdə dəyişiklikləri təşviq etmək məqsədi daşıyır. Dünyada olan insanların demek olar ki, əksəriyyəti birdən çox zorakılığa məruz qala bilər. Qadınlara qarşı zorakılıq halları təkcə həyat yoldaşları tərəfindən deyil, həm də ailənin digər üzvləri tərəfindən zorakılığa məruz qaldığı görünür. Məişət zorakılığına məruz qalan qadınların fiziki, psixi və sosial sağlamlığına ciddi zərərlər dəyir. Zorakılığa səbəb olan amillərin ilkin qarşısının alınması proqramları ilə yanaşı, zorakılığın yaratdığı mənfi psixoloji nəticələrin müalicəsi üçün müdaxilələr, terapiya və sosial dəstək proqramlarının hazırlanması cəmiyyətin psixi sağlamlığı və məişət zorakılığının gələcəyə əks olunmasının qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Bu Tədqiqat Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyində və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilmişdir. Beləliklə, apardığımız eksperimental tədqiqatda sosial demoqrafik göstəricilərə əsasən ailə məişət zorakılığına məruz qalmış ali təhsilli qadınların faiz göstəricilərinin daha yüksək olduğu öz əksini tapmışdır. Bununla belə, zorakılığa məruz qalmış daha çox evli qadınların həyat yoldaşları tərəfindən fiziki zorakılığa məruz qalamasının faiz göstəricilərinin yüksək olduğu müəyyən olunmuşdur. Bəzi qadınlar da vardır ki, onlar həm həyat yoldaşları tərəfindən həm də ailənin digər üzvləri tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb. Sonda apardığımız eksperimental tədqiqatın nəticələrinə görə ailə məişət zorakılığına məruz qalmış qadınların post travmatik stress pozuntusu ilə özgüvən arasında statistik əlaqəsinin olduğu öz əksini tapmışdır. Bu əlaqəyə görə də bizim əsas fərziyyəmiz öz doğruluğunu əks etdirir. Ümumilikdə tədqiqat işinin istiqaməti, irəli sürülən fərziyyələr, qarşıya qoyulan məqsədlər tədqiqatın eksperimental olaraq mahiyyətini ortaya çıxarmış olur. | en_US |
dc.language.iso | other | en_US |
dc.relation.ispartofseries | ;Magistr dissertasiyası | - |
dc.subject | Ailə məişət zorakılığı | en_US |
dc.subject | posttravmatik stress | en_US |
dc.subject | anova modeli | en_US |
dc.subject | reqressiya modeli | en_US |
dc.title | Ailə məişət zorakılığına məruz qalmış qadınlarda posttravmatik stress pozuntusu ilə özgüvən arasındakı əlaqənin təhlili | en_US |
dc.type | Thesis | en_US |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Ailə məişət zorakılığına məruz qalmış qadınlarda posttravmatik stress pozuntusu ilə özgüvən arasındakı əlaqənin təhlili.pdf | 2.14 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.