Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7355
Title: Məktəb direktorlarının sosial ədalət liderliyi davranışları və müəllimlərin bu davranışlara münasibətləri
Other Titles: The social justice leadership behaviors of school principals and teachers' attitudes toward these behaviors
Authors: Məmmədova, Nərgiz
Keywords: ədalət
sosial ədalət
müəllim
direktor
şagird
justice
social justice
teacher
principal
student
Issue Date: 2023
Series/Report no.: ;Master thesis
Abstract: Məktəb direktorlarının sosial ədalət liderliyi davranışlarını müəllimlərin görüşlərinə əsasən müəyyənləşdirmək bu tədqiqatın əsas məqsədidir. Bu məqsədlə tədqiqatda iştirak edən müəllimlərlə müsahibələr həyata keçirilmiş və onlara mövzu haqqında suallar ünvanlanmışdır. Tədqiqat zamanı keyiyyət metodlarının bir növü olan durum çalışmasından istifadə edilmişdir. Tədqiqat iştirakçılarını Bakı şəhərində yerləşən iki məktəbdə fəaliyyət göstərən müəllimlər arasından təsadüfi şəkildə seçilmiş 15 müəllim təşkil edir. Dataların toplanması üçün müsahibə formasından istifadə edilmişdir. İstifadə edilən müsahibə forması müəllimlərə əyani olaraq təqdim edilmiş və müəllimlərdən bu sorğunu həmkarları ilə paylaşmaları istənilmişdir, bu şəkildə tədqiqatda qartopu metodundan istifadə edilmişdir. Tədqiqatdan əldə edilən datalar üç tema altında qruplaşdırılmışdır. Tədqiqatdan əldə edilən nəticələrə əsasən məktəb direktorlarının sosial ədalət liderliyi davranışları müəllimlər çoxu tərəfindən müsbət qiymətləndirilmişdir. Lakin, əldə edilən nəticələrdə müəllimlərin bir qisminin məktəb direktorlarını ədalətsiz hesab etdiyi də müəyyən edilmişdir. Ədalətsizlik hallarının məktəb mühitində müxtəlif formalarda cərəyan etdiyi vurğulanmışdır ki, bu hallarla kollektiv proseslərdə, dərslərin əvəz olunması zamanı, direktorların müəllimlərə qarşı mobinglər etməsi və dərs cədvəlinin qurulması zamanı qarşılaşıldığı qeyd edilmişdir. Məktəb daxilində sosial ədalətin təmin edilməsi üçün ilk növbədə direktorların müəllimlər arasında fərq qoymaması, hər bir müəllimin fikirlərinə hörmətlə yanaşması tövsiyə olunmuşdur.
Description: İstiqamətin şifri 060201 İxtisaslaşmanın adı Pedaqogika nəzəriyyəsi və tarixi Elmi rəhbər: Pedaqogika üzrə fəlsəfə doktoru Qoşqar Məhərrəmov
URI: http://hdl.handle.net/20.500.12323/7355
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.