Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7329
Title: Boşanmış qadınlarda stress səviyyələri və stressin yaranmasına təsir edən faktorların təhlili
Authors: Kələntərli, Ceyla
Keywords: boşanma prosesi
Issue Date: Jun-2023
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Tədqiqat işi ümumilikdə giriş, üç fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Giriş hissədə mövzunun aktuallığı, problemin inkişaf dərəcəsi, tədqiqatın obyekti və predmeti, tədqiqatın məqsəd və vəzifələri, tədqiqat metodları, tədqiqatın informasiya bazası, tədqiqatın praktik əhəmiyyəti, tədqiqatın strukturu öz əksini tapmışdır. Dissertasiya işinin “Boşanma prosesi və yaratdığı çətinliklər haqqında ümumi məlumat” adlı I fəsli iki yarımfəsildən ibarətdir. Burada boşanma nədir, boşanmanın tərəflər üzərində təsiri, həmçinin boşanmadan sonra qadınlarda baş verən psixo-sosial dəyişikliklərin öyrənilməsinə dair əsas yanaşmalar nəzərdən keçirilmiş və təhlil edilmişdir. Dissertasiyanın II fəsli “Boşanmış qadınlarda stressin idarə edilməsinin effektivliyi” adlanır. II fəsil üç yarımfəsildən ibarətdir. Bu fəsildə stressin klinik - psixoloji mahiyyəti və boşanmış qadınlarda stressin səviyyələri haqqında, boşanmış qadınlarda stress yaradan amillər, boşanmış qadınlarda stressin idarə edilməsinin effektiv yol və vasitələrini əhatə edən üç yarımfəsil öz əksini tapmışdır. Dissertasiya işinin III fəsli “Boşanmış qadınlarda stress səviyyəsinin müəyyən edilməsinin eksperimental - psixoloji təhlili” adlanır. Və üçüncü fəslin birinci yarımfəslində psixoloji tədqiqatın təşkili və keçirilməsi haqqında bəhs edilmiş, 20-55 yaş aralığı boşanmış qadınlarla “Sosial – demoqrafik anket” və “Qısa Simptom Testi” keçirilmişdir. İkinci yarımfəslində isə eksperimental tədqiqatın nəticələri təhlil edilmişdir. Əldə edilmiş nəticələrin təhlili zamanı SPSS proqramından istifadə edilmişdir. Belə ki, tədqiqatdan əldə etdiyimiz nəticələrə əsasən boşanmış qadınlarda boşanma ilə əlaqəli olaraq stress səviyyəsinin yüksək olduğu məlum olmuşdur. Dissertasiya işi nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı ilə sonlanmışdır
Description: İstiqamətin şifri və adı 060209 - Psixologiya İxtisaslaşmanın adı Klinik psixologiya Elmi rəhbər: p.ü.f.d. K.Q.Kazımova
URI: http://hdl.handle.net/20.500.12323/7329
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.