Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7327
Title: Z nəslinin informasiya texnologiyalarından istifadəsi ilə sosial intellekt arasındakı əlaqəsi
Authors: Ələkbərova, Xəyalə
Issue Date: Jun-2023
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Dissertasiya Z nəslinin informasiya texnologiyalarından istifadəsi ilə sosial intellekt arasındakı əlaqəsi tədqiqinə həsr olunmuşdur. “Nəsillər nəzəriyyəsinin müasir cəmiyyətdə tədqiqi” adlı I fəsildə müxtəlif nəsillər üzrə formalaşan stereotiplərin xarakter özünəxməsusluğu, mühitin və texnologiyanın müxtəlif nəslillərin sosial-psixoloji intellektinə təsiri, Z nəslinin psixoloji portreti əks olunmuşdur. “İnformasiya texnologiyalarının Z nəsli nümayəndələrinin formalaşmasında rolu” adlı II fəsildə Qloballaşma dövründə Y və Z nəslinin özünəməxsus fəaliyyət aspektləri, İnternet və ünsiyyət texnologiyalarının müxtəlif nəsillərdə tətbiqi, Z nəslinin psixologiyasında informasiya texnologiyalarının mövqeyi təhlil edilmişdir. III fəsildə Z nəsli nümanyəndələrinin xüsusiyyətlərini araşdıran eksperiment keçirilmişdir. Sorğu Azərbaycanda Z nəsli nümayəndələrinin informasiya texnologiyalarından istifadəsinin onların sosial intellektinə təsirini müəyyənləşdirmək məqsədilə hazırlanmışdır. Z nəsli daima çevrələrini genişləndirməyə, yeni və fərqli insanlar tanımağa və onlarla ünsiyyət qurmağa çalışır və bu məqsəd üçün heç də hesab olunduğu kimi ancaq virtual vasitələrdən istifadəyə üstünlük vermir. Z nəsli insanlarla üz-üzə ünsiyyət qurmağı da, çox sevir. Bu nəslin nümayəndələri ilə ünsiyyət zamanı hər iki üsuldan da balanslı şəkildə istifadə önəmlidir. Sonda tədqiqat nəticəsində əldə olunmuş nəticələr verilmiş, tədqiqat zamanı istifadə olunmuş ədəbiyyat siyahısı verilmişdir.
Description: İxtisasın şifri və adı: 060209-Psixologiya İxtisaslaşmanın adı: Ümumi psixologiya Elmi rəhbər: Dr.,dos. Sevinc Allahyarova
URI: http://hdl.handle.net/20.500.12323/7327
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.