Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7326
Title: 0-6 yaş arasi autizmli uşaqların koqnitiv funksiyalarının inkişafinda ABA terapiyanın rolunun təhlili
Authors: Hidayətova, Ləman
Issue Date: 2023
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Autizm Spektr Pozuntusu dövrümüzdə tez-tez rast gəlinən inkişaf pozuntularından biridir. Əlamətləri erkən dövrdə özünü göstərsə də ASP diaqnozu 3 yaşından sonra qoyulur. Bu problemin bir sıra əlamətləri vardır, bu əlamətlərə misal olaraq nitqdəki ləngimələri, sosial ünsiyyətdən, göz kontaktından, toxunulmaqdan qaçmağı, müxtəlif davranış problemlərinin olmasını misal göstərə bilərik. Bu problem müxtəlif dərəcələrdə ola bilər. Bəzi şəxslərdə ağır, bəzilərində isə daha yüngül formalarda təsadüf edilir. Əsasən qışqırmaq, ağlamaq, özünə və ya qarşısındakına zərər vermək kimi davranış problemlərinə rast gəlinir. Bu davranış problemləri uşağın gündəlik həyat fəaliyyətinə, cəmiyyət tərəfindən qəbul edilməsinə eləcə də təlim-tədris prosesinə mənfi təsir göstərir. ASP-nin dəqiq yaranma səbəbi və müalicə üsulu, hələ ki, elmə məlum deyil. Buna görə də, bu problemin müalicəsində faydalılığı eksperimental tədqiqatlarla təsdiq olunmuş terapiyalardan istifadə edilir. Bu terapiyalardan biri də davranış xüsusiyyətlərinə əsaslanan, 60 ilə yaxın bir müddətdir ki ASP-li uşaqların təlim-tədris prosesində istifadə edilən Tətbiqi Davranış Analizidir. Bu metod uşaqda olan davranış problemlərinin korreksiyasını hədəf alır və bu davranışları aradan qaldırmağa çalışır. Davranışların aradan qaldırılması zamanı əvvəlcə həmin davranışın səbəbini aydınlaşdırmağa çalışması da bu metodun üstünlüklərindən biridir. Dissertasiya işinin əsas məqsədi Autizm Spektr Pozuntusu diaqnozu təyin edilmiş 0-6 yaş arası uşaqlarda koqnitiv funksiyaların inkişafında ABA terapiyanın- yəni Tətbiqi Davranış Analizinin rolunun müəyyən edilməsidir. Tədqiqatın obyektini ASP diaqnozu təyin edilmiş 6 uşaq təşkil edir. Tədqiqatın predmeti ABA terapiya tətbiq edilmiş 0-6 yaş arası autizmli uşaqlarda koqnitiv funksiyaların inkişaf xüsusiyyətləridir. Tədqiqatın fərziyyəsi 0-6 yaş arası autizm sindromlu uşaqların təlim prosesində Tətbiqi Davranış Analizinin istifadəsinin onların koqnitiv bacarıqlarının inkişafında rolunun əhəmiyyətliliyini nəzərdə tutur.
Description: İstiqamətin şifri və adı: 060209-Psixologiya İxtisаslаşmаnın аdı: Klinik Psixоlоgiyа Еlmi rəhbər: Psixologiya üzrə fəlsəfə doktoru Ramiyyə Cavadova
URI: http://hdl.handle.net/20.500.12323/7326
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.