Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/5946
Title: | Bank riskləri və onları yaradan amillərin tədqiqatı |
Authors: | Rəcəbli, Könül |
Keywords: | risk bank sistemi likvidlik riski əməliyyat riski kredit riski valyuta riski |
Issue Date: | Sep-2022 |
Abstract: | Bank sisteminin dinamik inkişaf edən iqtisadi fəaliyyət mühiti, müxtəlif makroiqtisadi maliyyə böhranlarının yaranması şəraitində banklar ölkənin maliyyə sisteminin əsası kimi vəziyyətin girovuna çevrilirlər. Dəqiq işlənmiş bank sistemi çox vaxt eyni zamanda baş verən çoxsaylı böhran hallarına qarşı dura bilməz. Bu, həm makro səviyyəli, həm də mikro səviyyəli pul dövriyyəsini özündə ehtiva edən pul tədavülü sahəsinin əhatə dairəsinin genişliyinə, eləcə də istənilən bank əməliyyatlarının yerinə yetirilməsində yüksək risk səviyyəsinə məxsusdur. İqtisadiyyatda böhran hallarına qarşı durmağın mümkünsüzlüyünün, onların nəticələrini aradan qaldırmaq imkanının olmamasının səbəblərindən biri də bank risklərinin effektiv idarə olunmamasıdır. Bank risklərinin yaranması xarici və daxili amillərin mürəkkəb bir-birinə qarışması ilə şərtlənir, kredit müəssisəsinin fəaliyyəti isə işin xüsusiyyətlərinə, yəni pul bazarında fəaliyyətinə görə daimi riskə məruz qalır. Xarici risklər bankın özünün fəaliyyəti ilə bağlı deyil və iqtisadi və siyasi xarakterli hallar üzündən yaranır. Kredit müəssisəsi xarici risklərin baş verdiyi proseslərə heç bir təsir göstərə bilməz və onları baş vermiş fakt kimi qəbul etmək məcburiyyətindədir. Daxili risklər konkret bankın fəaliyyətinin spesifik amillərini təşkil edir ki, onların da təsiri nəticəsində bank əsas və yardımçı fəaliyyətdən maliyyə resurslarını itirə bilər. Ən çox yayılmış risk qrupu əsas fəaliyyətdən gələn əməliyyatlardır. Buraya daxil kredit, faiz, valyuta və bazar riskləridir. Bankın özünün etibarlılığı və səmərəliliyi bank risklərinin idarə edilməsi sisteminin alətlərinin tətbiqi vasitəsilə xarici və daxili mühitdə dəyişikliklərə vaxtında reaksiya vermək qabiliyyətindən asılıdır. Bu cür sistem risklərin vaxtında proqnozlaşdırılmasına, onların kəmiyyətinin və bankın maliyyə vəziyyətinə təsir dərəcəsinin müəyyən edilməsinə yönəlmiş tədbirlər və üsullar toplusundan istifadə edir ki, bu da belə risklərin qarşısını almağa və ya onlarla bağlı itkiləri minimuma endirməyə imkan verir. |
URI: | http://hdl.handle.net/20.500.12323/5946 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Bank riskləri və onları yaradan amillərin tədqiqatı.pdf | 922.51 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.