Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/5925
Title: Ailə daxili şiddətə məruz qalan şəxslərdə özgüvən və aqresiya səviyyələrinin müqayisəli təhlili
Authors: Mert Azər qızı, Əminə
Keywords: Ailədaxili şiddət
şiddət görən qadınlar
Issue Date: 2021
Abstract: Ailədaxili şiddətə məruz qalan şəxslərdə meydana çıxan psixoloji pozuntular sadəcə ailə üçün deyil, cəmiyyət üçün də mühüm önəm daşıyır. Şiddətə məruz qalmış qadınlar və uşaqlar özləri də şiddət göstərməyə meyilli olurlar. Bundan əlavə, şiddətə məruz qalmış insanlardakı psixi pozuntular, özgüvən səviyyəsinin aşağı olması və aqressiv davranışlar əgər müalicə olunmazsa, təhlükəli hal ala bilər. Bu prosesi dayandırmaq üçün, şiddət əleyhinə mübarizə aparmalıyıq. Bu baxımdan, dissertasiyanın mövzusu həm nəzəri, həm də praktiki cəhətdən mühümdür. Tədqiqat işinin məqsəd və vəzifələri, obyekti və subyekti, əsas fərziyyələr, metodik əsaslar, tədqiqatın aprobasiyası və elmi yeniliyi kimi bir çox nüanslar əsaslandırılmışdır. Burada ailənin mahiyyəti, ailəyə müxtəlif yanaşmalar, şiddət anlayışı, onun tipləri, aqressiyanın səbəbləri və psixoloji mahiyyəti izah edilmişdir. Ailədaxili şiddətin səbəbləri, şiddətə məruz qalmış qadınlarda meydana çıxan psixoloji problemlər və terapiya metodları və ailə içi şiddətə şahid olmuş uşaqların psixoloji özəlliklərinə xüsusi diqqət yetirilmişdir. Tədqiqatın eksperimental hissəsində "Ailədaxili şiddətə məruz qalan şəxslərdə özgüvən və aqressiya səviyyələrinin eksperimental tədqiqi" aparılmışdır. Bu məqamda tədqiqatın məqsədinə nail olmaq üçün sorğu və testlər keçirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, ailədaxili şiddətə məruz qalmış şəxslərdə özgüvən və aqressiya səviyyələri arasında tərs əlaqə mövcuddur. Bu dissertasiya çərçivəsində, problemin elmi analizinə, təzahür etmə xüsusiyyətlərinə və səbəblərinə nəzər yetirdik.
URI: http://hdl.handle.net/20.500.12323/5925
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.