Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/5471
Title: Abşeron-Bakı yataqlarında Erkən Paleolit dövrünün izləri
Authors: Zeynalov, Azad
Babai, Pəri
Babayeva, Təranə
Hüseynova, Mətanət
Əhmədova, Nərgiz
Keywords: Azərbaycan
Azıx
Qaraca
erkən pleystosen çöküntüləri
Quruçay
Köndələnçay
Issue Date: 2021
Publisher: Khazar University Press
Citation: Azerbaijan Archaeology
Series/Report no.: Vol. 24;№ 1
Abstract: Azərbaycanda qədim daş dövrünün öyrənilmə tarixi çox zəngin bir yol keçmişdir. 70 il əvvəl başlayan və uzun bir yol qət edən bu tarix yeni paleolit abidələrinin tapılması və tədqiq edilməsi ilə tarixə düşmüşdür. Azərbaycanda ilk paleolit dövrünə aid alətlər 1953-cü ildə S.N.Zamya-tnin və M.M.Hüseynov tərəfindən Qazax rayonunda yerləşən Damcılı mağa-rasında aşkar olunmuşdur. Damcılı mağarası Azərbaycan ərazisində aşkar olunmuş ilk paleolit düşərgəsidir. 1956-1957-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Damcılı mağara duşərgə-sində arxeoloji qazıntı işləri aparmışdır (1). Qədim daş dövrünün öyrənmə tarixində ilk 10 il çox zəngin tapıntıların aşkar olunduğu bir dövr kimi tarixə düşmüşdür. Damcılı mağarsından sonra həmin rayonda Daşsalahlı mağarası (2), 1960-cı ildə isə Qarabağda Azıx və Tağlar mağaraları aşkar olunmuşlar (5). Həmin illərdə Azərbaycanın qərb böl-gəsində 20-dən artıq açıq paleolit tapıntı yerləri qeydə alınmışdır və bu ta-pıntılar V.P.Lyubinin təklifi ilə ədəbiyyatda "Udabno ocağı" kimi tanınır .
URI: http://hdl.handle.net/20.500.12323/5471
ISSN: 2218-0346
Appears in Collections:2021, Vol. 24, № 1

Files in This Item:
File Description SizeFormat 
Abşeron-Bakı yataqlarında Erkən Paleolit dövrünün izləri.pdf600.06 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.