Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/5470
Title: | Kərpiclitəpə keramikası üzərindəki naxışlar |
Authors: | Əsədov, Vaqif Fərmanov, Fərhad |
Keywords: | Kərpiclitəpə qəsr yeri saxsı qablar şirli və şirsiz keramika qabların naxışlanması |
Issue Date: | 2021 |
Publisher: | Khazar University Press |
Citation: | Azerbaijan Archaeology |
Series/Report no.: | Vol. 24;№ 1 |
Abstract: | Kərpiclitəpə yaşayış yeri Borsunlu kəndindən təxminən 1 km cənubşərqdə, Goranboy rayon mərkəzinə gedən şossenin sol tərəfində yerləşir. Abidəyə verilən ad, üzərində çoxlu miqdarda bişmiş kərpic qırıqlarının olması ilə bağlıdır. Səlcuq dövrünə aid qəsr–malikənə olmuş bu abidədə arxeoloji qazıntı işləri 2017-2018-ci illərdə III mərhələdə aparılmışdır. I və II mərhələnin (2017-ci il) qazıntıları gedişində 2 tikinti horizontu qeydə alındı. 1-ci horizontda əsasən çay daşlarından hörülmüş divar qalıqları, gildən hazırlanmış təndirlər və qızdırıcı sobalar, həmçinin bir su quyusu üzə çıxdı. 2-ci horizont daha maraqlı tapıntılar verdi. Burada şərti olaraq qəsr adlandırılan böyük bir tikilinin bir hissəsi (qala və bürc divarları) (Şəkil 1), kərpic və keramika bişirildiyi böyük bir kürə, tikili qalıqları, çoxsaylı bütöv və quraşdırılma təndirlər, ocaqlar və təsərrüfat quyuları (əsasən qazıntı sahəsinin mərkəzində və şərq hissəsində) və daha bir su quyusu aşkar edildi. Qəsrin və digər tikililərin divarları bişmiş kərpicdən və çay daşından (“Gəncə hörgüsü” adlanan üsulla), soba isə çiy kərpicdən hörülüb. |
URI: | http://hdl.handle.net/20.500.12323/5470 |
ISSN: | 2218-0346 |
Appears in Collections: | 2021, Vol. 24, № 1 |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Kərpiclitəpə keramikası üzərindəki naxışlar.pdf | 1.1 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.