Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/3959
Title: Azerbaycan Astara Müzesi`ndeki bir Stel örneğinde M.Ö. 2. Binde Hazar Denizi ile Van Gölü arasındaki Yontu Sanatı
Authors: Schachner, Andreas
Keywords: Azerbaycan
Astara
stela
ənənə
əlaqələr
Issue Date: 2018
Publisher: Khazar University Press
Citation: Azerbaijan archaeology
Series/Report no.: Vol. 21;№ 2
Abstract: Bu məqalə Azərbaycan Respublikasının cənub-şərqində tapılmış bir qəbirüstü daş stelə həsr olunmuşdur. İkonoqrafik və üslub çatmamazlıqlarına baxmayaraq bu daş artefakt bölgələr arasındakı dini-mədəni əlaqələri göstərir. Bu stelalar Ön Asiya bölgələrindən Avroasiya çöllərinədək ərazilərdə mədəni təsiri izləməyə imkan verir. Məlumdur ki,stelalar bir qəbir elementi kimi, e.ə. III minilliyin sonlarından, cənubi rus çöllərindən cənubi-qərbi Qafqaza, Kür çayı vadisinə, oradan da bütün Cənubi Qafqaza yayılmışdır. Astara tapıntısı Hakkari stelaları ilə Şimal abidələri arasındakı boşluğu dol-durur. Eyni zamanda qeyd etmək olar ki, e.ə. II minillikdə Cənubi Qafqazda, Şərqi Anadoluda və İran Azərbaycanında analoji daşişləmə sənəti mövcud olmuşdur. Bu ənənə Yuxarı Mesopotamiyaya qədər yayılmış və son Urartu zamanına – e.ə. I min-illiyə qədər davam etmişdir. Şərqi Anadolunun və Cənubi Qafqazın mövcud abidələri bu ərazilərdə əcdad-lara sitayişin hökm sürdüyünü təsdiq edir. Stelaların hamısının kişi fiquru for-masında hazırlanması cəmiyyətdə atalara etiqadın hakim olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda çoxlu sayda qəbir abidəsi tədqiq olunsa da, lakin qəbir avadanlıqlarının sosial təbəqələr üzrə mənsubluğu hələlik müəyyən edilməmişdir. Bu tədqiqatlar Azərbaycanda başlanğıc mərhələsindədir.
URI: http://hdl.handle.net/20.500.12323/3959
ISSN: 2218-0346
Appears in Collections:2018, Vol. 21, № 2

Files in This Item:
File Description SizeFormat 
Andreas Schachner.pdf2.93 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.