Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/3708
Title: Gilançay vadisi abidələrində daş örtüklərin meydana gəlməsi və inkişafı tarixindən
Authors: İbrahimli, Bəhlul
Keywords: Azərbaycan
Naxçıvan
memarlıq
daş örtüklər
Issue Date: 2017
Publisher: Khazar University Press
Citation: Azerbaijan archaeology
Series/Report no.: Vol. 20;№ 2
Abstract: Əcəmi Əbubəkr oğlunun (XII əsr) əsasını qoyduğu Naxçıvan memarlıq məktəbi bişmiş kərpicdən inşa olunmuş və zəngin həndəsi ornamentli “me-marlıq köynəyi geydirilmiş” qülləvari türbələri ilə dünyada məşhurdur. Bu abidələrin yaradılması yüksək həndəsi və riyazi biliklərin olmasını tələb edir-di. Kamil bir ustanın yetişməsi üçün on illərlə vaxt tələb olunurdu. Bərdə, Marağa və digər orta əsr Azərbaycan şəhərlərində Naxçıvan memarlıq mək-təbinə məxsus türbələrin varlığı Əcəmi məktəbinin bu vəzifənin öhdəsindən ləyaqətlə gəldiyini göstərir. Maraqlıdır ki, orta əsrlərin sonuna qədər Naxçıvanda daş tikililər kə-miyyətcə çox üstünlük təşkil etmişdir. Ona görə də, Naxçıvan memarlarının daş memarlığı sahəsindəki nailiyyətlərini də öyrənmək və yüksək qiymət-ləndirmək lazımdır. Bu baxımdan ilk tunc dövründən orta əsrlərə qədər keçən uzun zaman çərçivəsində memarlığın mühüm elementlərindən biri olan daş örtüklərin inkişaf tarixinə qısa nəzər salmaq Naxçıvan memarlarının indiyə qədər az məlum olan istedadını üzə çıxarmağa imkan verir. Plovdağ arxeoloji abidələr kompleksi, Xaraba Gilan antik və orta əsrlər şəhər yeri və ətrafındakı abidələr təkcə memarlıq məsələlərinin deyil, Azərbaycan arxeologiyasının bir sıra problemlərinin həlli üçün də mühüm bazadır.
URI: http://hdl.handle.net/20.500.12323/3708
ISSN: 2218-0346
Appears in Collections:2017, Vol. 20, № 2

Files in This Item:
File Description SizeFormat 
Bəhlul İbrahimli.pdf668.66 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.