Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8405
Title: Müasir ingilis dilində söz sirası və cümlə vurğusunun korrelyasiyası. Avtoreferat
Authors: Səfərzadə, Əminə Ənvər qızı
Issue Date: 2023
Series/Report no.: ;Doktorluq dissertasiyası
Abstract: Tədqiqat işimiz mövzumuzun aktuallığı olan müasir ingilisdilli televiziya diskursunda söz sırası və cümlə vurğusunun korrelyasiyasını öyrənməkdən ibarətdir. Televiziya diskursu onun iştirakçılarının birbaşa qarşılıqlı əlaqəsini özündə cəmləşdirən şifahi ünsiyyətin məşhur formasıdır. Televiziya diskursunda kommunikantların nitqinin sintaktik və intonasiya xüsusiyyətlərinin öyrənilməsi spontan telekommunikasiyanın bu formasının xüsusiyyətlərini aşkar etməyə imkan verir. Tədqiqatın materialı Britaniyanın BBC1 kanalında yayımlanan “Panorama” televiziya proqramının skriptləridir. “Panorama” proqramını əsasən beynəlxalq səviyyədə tanınmış müsahibəçilər və aparıcılar aparıb. “Panorama” çətin sualları və həssas mövzuları özündə əks etdirən, cəmiyyətin bütün təbəqələrindən olan tanınmış simaların həyatlarının eniş-yoxuşları haqqında danışdıqları dərin müsahibələr təqdim edir.Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş nəticələr auditoriyada ingilis dilinin tədrisində, xüsusən də düzgün ünsiyyətin öyrədilməsi zamanı istifadə oluna bilər.
Description: İxtisas: 5708.01 – German dilləri Elm sahəsi: Filologiya Elmi rəhbər: Filologiya elmləri doktoru, professor Azad Yəhya oğlu Məmmədov
URI: http://hdl.handle.net/20.500.12323/8405
Appears in Collections:Publications



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.