Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8227
Title: Sağlam həyat tərzinin peşəkar idmançıların psixi sağlamlığına təsiri idman, qidalanma və yuxu nümunələrinin rolu
Authors: Hafizova, Aytac Xəyyam qızı
Keywords: sağlam həyat tərzi
fiziki aktivlik
yuxu rejimi
düzgün qidalanma
idmançılarda psixi yüklənmə
Issue Date: 2025
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Bu dissertasiya işində sağlam həyat tərzinin – fiziki aktivlik, qidalanma və yuxu nümunələrinin – peşəkar idmançıların psixi sağlamlığına təsiri empirik şəkildə araşdırılmışdır. Məlumatlar 137 nəfər respondent arasında aparılmış anket sorğusu və standartlaşdırılmış psixoloji ölçmə alətləri vasitəsilə toplanmış, SPSS proqramı ilə təhlil edilmişdir. Nəticələr göstərdi ki, müntəzəm fiziki aktivlik, düzgün qidalanma və keyfiyyətli yuxu psixi sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Su qəbulunun yüksəkliyi və fast-food istifadəsinin azlığı daha pozitiv psixoloji göstəricilərlə əlaqələndi. Əldə edilən korelyasiya və reqressiya nəticələri bu faktorların psixi rifah üzərində statistik olaraq təsir gücünə malik olduğunu sübut etdi. Tədqiqat, sağlam həyat tərzinin psixoloji rifahla birbaşa əlaqəli olduğunu Azərbaycanda idman kontekstində sistemli şəkildə ortaya qoyan ilk işlərdən biridir. Tədqiqatın nəticələri əsasında təhsil, səhiyyə və idman mühitlərində tətbiq oluna biləcək praktiki tövsiyələr hazırlanmış, gələcək tədqiqatlar üçün metodoloji inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Müxtəlif sosial və yaş qruplarında bu əlaqələrin öyrənilməsi ilə bağlı ehtiyaclar qeyd olunmuşdur. Elmi yenilik kimi, həyat tərzi komponentlərinin birgə və kombinə təsiri statistik model formasında təqdim olunmuşdur. Dissertasiya həm nəzəri çərçivənin zənginləşməsinə, həm də tətbiq sahəsində real qərarların formalaşmasına elmi əsas verir.
Description: Fakültə: Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil Departament: Psixologiya İxtisas: Ümumi Psixologiya Elmi rəhbər: p.ü.f.d. Ceyhun Alıyev Qurbanalı oğlu
URI: http://hdl.handle.net/20.500.12323/8227
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.