Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8033
Title: İnklüziv təhsildə müəllim-valideyn əməkdaşlıq modellərinin əhəmiyyəti
Authors: Hüseynova, Günel Ələkbər qızı
Keywords: inklüziv təhsil
müəllim-valideyn əməkdaşlığı
sosial-pedaqoji problemlər
fərdi inkişaf
məktəb-ailə tərəfdaşlığı
əməkdaşlıq modelləri
Issue Date: 2025
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Bu magistr dissertasiyası “İnklüziv təhsildə müəllim-valideyn əməkdaşlıq modellərinin əhəmiyyəti” mövzusuna həsr olunmuşdur. Tədqiqatın əsas məqsədi inklüziv təhsil mühitində müəllimlə valideyn arasında əməkdaşlığın şagirdlərin akademik, sosial və emosional inkişafına təsirini araşdırmaqdır. Tədqiqatda qarışıq metodlardan istifadə olunmuş, 150 nəfəri əhatə edən müəllim və valideynlər arasında 24 sualdan ibarət onlayn sorğu keçirilmişdir. Sorğunun etibarlılığı Cronbach’s Alpha = 0.872 kimi yüksək nəticə göstərmişdir. Analiz nəticələri müəllim-valideyn əməkdaşlığı ilə maarifləndirici tədbirlərdə iştirak arasında güclü müsbət korelyasiya olduğunu (r ≈ 0.52, p < 0.01) ortaya qoymuşdur. Respondentlərin 15–20%-i şagird nailiyyətlərində birgə dəstəyin əhəmiyyətli təsir göstərdiyini, 7–10%-i isə davamlı ünsiyyətin uğurun əsas açarı olduğunu bildirmişdir. Nəticələr əməkdaşlığın şagirdlərin dərsə marağını, özünəinamını və sosial uyğunlaşmasını artırdığını sübut edir. Dissertasiyada inklüziv təhsildə əməkdaşlığın gücləndirilməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi, məktəblərdə müəllim valideyn əlaqələrinin möhkəmləndirilməsi məqsədilə strukturlaşdırılmış mexanizmlər qurulmalı, davamlı maarifləndirmə seminar və layihələrin təşkili həyata keçirilməlidir.
Description: Fakültə: Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil Departament: Təhsil İxtisas: Pedaqogika nəzəriyyəsi və tarixi Elmi rəhbər: pedaqogika üzrə fəlsəfə doktoru Afət Yaqub qızı Süleymanova
URI: http://hdl.handle.net/20.500.12323/8033
Appears in Collections:Thesis

Files in This Item:
File Description SizeFormat 
İnklüziv təhsildə müəllim-valideyn əməkdaşlıq modellərinin əhəmiyyəti.pdf4.35 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.