Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8028
Title: | Yeniyetmələrdə valideynlərindən mənimsədikləri rədd/qəbul əlaqəsinin təşviş və digər psixi pozuntuların inkişafına təsiri |
Authors: | Bayramlı, Təhminə Yavər qızı |
Keywords: | yeniyetməlik dövrü rədd/ qəbul anlayışı emosional inkişaf PARQ sorğusu |
Issue Date: | 2025 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Dissertasiya işinin əsas məqsədi yeniyetmələrin valideynlərindən mənimsədikləri rədd və ya qəbul münasibətlərinin, onların təşviş, depressiya və digər psixi pozuntularının inkişafına necə təsir etdiyini müəyyən etmək, bu əlaqələrin psixoloji və emosional inkişaf baxımından hansı istiqamətdə formalaşdığını araşdırmaqdır. Eyni zamanda məqsəd, Valideyn Rədd-Qəbul Nəzəriyyəsi (PARTheory) çərçivəsində bu münasibətlərin yeniyetmənin özünəinamı, emosional sabitliyi və sosial uyğunlaşma bacarıqları üzərindəki rolunu empirik və nəzəri şəkildə əsaslandırmaqdır. Bu tədqiqatın obyekti yeniyetməlik dövründə olan fərdlər və onların valideynlərlə qurduğu emosional əlaqələrdir. Konkret olaraq, yeniyetmələrin valideynlərindən mənimsədikləri qəbul və ya rədd münasibətlərinin onların psixi sağlamlığına, xüsusilə təşviş və digər emosional-psixoloji pozuntuların inkişafına olan təsiri bu tədqiqatın əsas obyektini təşkil edir. Tədqiqatın predmeti yeniyetmələrin valideynləri ilə emosional münasibətləri çərçivəsində qəbul və ya rədd olunma hissinin onların təşviş, depressiya və digər psixi pozuntulara meyilliliyi üzərindəki konkret psixoloji təsir mexanizmləridir. Bu münasibətlərin fərdin emosional tənzimlənməsi, özünəinam səviyyəsi və sosial uyğunlaşma qabiliyyəti ilə qarşılıqlı əlaqəsi tədqiqatın əsas predmetini təşkil edir. Tədqiqat işimizin əsas fərziyyəsi belədir ki, yeniyetmələrin valideynlərindən mənimsədikləri rədd və ya qəbul münasibətləri, onların təşviş və digər psixi pozuntularının yaranmasında və inkişafında əhəmiyyətli rol oynayır. Valideyn tərəfindən qəbul edilən yeniyetmələrdə psixoloji rifah səviyyəsi daha yüksək, rədd olunan yeniyetmələrdə isə təşviş, depressiya və emosional disbalans daha güclü şəkildə müşahidə olunur. Əsas fərziyyə ilə yanaşı bir neçə köməkçi fərziyyələr də irəli sürülmüşdür: - Valideyn tərəfindən emosional dəstək görən yeniyetmələrdə təşviş və depressiya səviyyəsi aşağı olur. - Valideynlər tərəfindən rədd olunan yeniyetmələrdə özünəinam və sosial uyğunlaşma bacarıqları zəifləyir. - Qəbul və ya rədd münasibəti ata və ana fiquru arasında fərqli təsir dərəcələrinə malik ola bilər. - Yeniyetmənin cinsi (qız/oğlan) və ailə strukturu (tam/tamam olmayan ailə) bu təsirlərin gücünə müəyyən dərəcədə təsir göstərir. Dissertasiya işinin birinci fəslində yeniyetməlik dövründə emosional və psixi inkişafin xüsusiyyətləri geniş formada araşdırılmışdır. Burada emosional dəstəyin əhəmiyyəti və onun çatışmazlığı zamanı yaranan problemlər, rədd/qəbul anlayışının nəzəri əsası - (Valideyn Rədd-Qəbul Nəzəriyyəsi, PARTheory), rədd və qəbulun uzunmüddətli psixoloji təsirləri, valideyn-övlad münasibətlərinin yeniyetmələrin psixologiyasına təsir mexanizmləri ətraflı şəkildə araşdırılmışdır. Valideynlərin tərbiyə üsullarının yeniyetmələrin emosional inkişafına təsiri, təşviş və digər psixi pozuntuların yeniyetməlikdə yaranma səbəbləri və inkişaf mexanizmləri barədə geniş məlumatlar da dissertasiya işinin birinci fəslində öz əksini tapmışdır. Dissertasiya işinin ikinci fəslində yeniyetmələrdə valideynlərindən mənimsədikləri rədd/qəbul əlaqəsinin psixi pozuntularin inkişafina təsirinə dair eksperimentlərin təşkili öz əksini tapmışdır. Eyni zamanda tədqiqatın təşkili və keçirilməsi, tədqiqat zamanı istifadə olunmuş metodlar burada izah olunmuşdur. Dissertasiya işinin üçüncü fəslində tədqiqatın nəticələri və onların təhlili geniş müzakirə olunmuşdur. Dissertasiya işinin üçüncü fəslində 30 nəfər yeniyetmə oğlan (50%) və 30 nəfər yeniyetmə qız (50 %) olmaqla ümumilikdə 60 nəfər iştirak etmişdir. Tədqiqat 32 saylı tam orta məktəbin 10 və 11-ci sinif şagirdləri olan 16-17 yaşlı yeniyetmələr arasında aparılmışdır. Tədqiqat işinin məqsəd və vəzifələrinə, irəli sürülən fərziyyələrə uyğun olaraq müvafiq metodlar seçilmişdir. Əldə edilmiş nəticələrin işimizin məqsəd və vəzifələrinə uyğunluğunu yoxlamaq, irəli sürdüyümüz fərziyyələrin doğruluğunu müəyyənləşdirə bilmək, işin statistik dürüstlüyünü təyin etmək üçün IBM SPSS (29.0) proqramında müvafiq ölçmə meyarları seçilmişdir. Belə ki, təqdiqat işinin təhlili zamanı irəli sürülən fərziyyələrin hər biri statistik olaraq təsdiq olunmuşdur. |
Description: | Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: Tibb elmləri doktoru, professor Araz Əliquliyev Ramiz oğlu |
URI: | http://hdl.handle.net/20.500.12323/8028 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Yeniyetmələrdə valideynlərindən mənimsədikləri rədd-qəbul əlaqəsinin təşviş və digər psixi pozuntuların inkişafına təsiri.pdf | 1.03 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.