Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8022
Title: | Tələbələrdə xroniki yorğunluğun somatik simptomlarının tədqiqi və təhsil keyfiyyətinə təsiri |
Authors: | Vahabzadə, Lalə Rəhman qızı |
Keywords: | xroniki yorğunluq somatik simptom tələbələrdə xroniki yorğunluq |
Issue Date: | 2025 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Dissertasiya işi tələbələrdə müşahidə olunan xroniki yorğunluğun somatik simptomlarının tədqiqinə və bu simptomların onların təhsil keyfiyyətinə təsirinin öyrənilməsinə həsr olunmuşdur. Elmi işin əsas məqsədi xroniki yorğunluq yaşayan tələbələrin fiziki (somatik) əlamətlərinin müəyyən olunması və bu əlamətlərin onların akademik fəaliyyətinə necə təsir etdiyini elmi cəhətdən təhlil etməkdən ibarətdir. İlk fəsildə xroniki yorğunluğun somatik simptomları, onların psixoloji və fizioloji təsirləri haqqında mövcud ədəbiyyat icmalı təqdim olunmuşdur. Tədqiqatçılar, xroniki yorğunluğun yalnız fiziki deyil, həm də psixoloji və kognitiv funksiyalara təsir etdiyini vurğulayırlar. Xroniki yorğunluğun ümumilikdə sinir sistemi üzərindəki təsirləri, yuxusuzluq, diqqət pozuntuları, və motivasiya azalması kimi simptomlarla əlaqələndirilmişdir. Bu fəsildə həmçinin, xroniki yorğunluğun təhsil prosesinə təsiri, xüsusilə tələbələrin akademik göstəricilərinə, diqqət və yaddaşına təsir edən amillər müzakirə olunmuşdur. İkinci fəsildə, tədqiqatın metodologiyası və nəticələri təqdim olunmuşdur. Tədqiqatın məqsədi, tələbələrdə xroniki yorğunluğun somatik simptomlarının təhsil keyfiyyətinə təsirini öyrənməkdir. Tədqiqat metodlarından istifadə edərək, tələbələrin yorğunluq səviyyəsi və təhsil fəaliyyətlərinə təsiri qiymətləndirilmişdir. Xroniki yorğunluq simptomları, baş ağrıları, əzələ ağrıları, yuxu pozuntuları və diqqət dağınıqlığı kimi fiziki və psixoloji əlamətlərlə ölçülmüşdür. Eyni zamanda, tələbələrin akademik performansı, dərsə davamiyyətləri və ümumi qiymətləri ilə əlaqədar məlumatlar toplanmışdır. Üçüncü fəsildə, xroniki yorğunluğun müalicəsi və qarşısının alınması üzrə tədbirlər araşdırılmışdır. Fəsildə tələbələrdə yorğunluğun aradan qaldırılması üçün müxtəlif psixoloji və fizioloji yanaşmalar təhlil edilmişdir. Yorğunluğun müalicəsi üçün ən təsirli yanaşmalardan biri balanslı qidalanma, fiziki fəaliyyət, və stresin idarə olunmasıdır. Eyni zamanda, tələbələrin akademik stressi azaltmaq və onların təhsil keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv zaman idarəetmə və iş-həyat balansı strateqiyaları da təklif edilmişdir. Tədqiqatda xroniki yorğunluğun azaldılmasına yönəlmiş xüsusi psixoloji terapiya üsulları və relaksasiya metodlarının, həmçinin dərsliklərə fokuslanma və dərsə qatılma nisbətinin artırılması ilə bağlı tövsiyələr verilmişdir. Tədqiqatın obyekti ali təhsil müəssisələrinin müxtəlif ixtisaslarında təhsil alan 18-25 yaş aralığında olan tələbələrdir. Tədqiqatın predmeti xroniki yorğunluğun somatik əlamətlərinin müəyyənləşdirilməsi və bu əlamətlərin tələbələrin təhsil fəaliyyətinə təsir dərəcəsinin təhlilidir. Dissertasiya işində bir əsas və iki köməkçi fərziyyə irəli sürülmüşdür. Əsas fərziyyə odur ki, xroniki yorğunluğun somatik simptomları ilə tələbələrin akademik göstəriciləri arasında statistik cəhətdən mənalı əlaqə mövcuddur. Köməkçi fərziyyələr: • Yorğunluq simptomları qadın tələbələrdə kişilərə nisbətən daha yüksək intensivliklə müşahidə olunur. • Yuxu pozuntuları ilə xroniki yorğunluq arasında əhəmiyyətli əlaqə mövcuddur və bu hal təhsil nəticələrinə birbaşa təsir edir. Tədqiqatda əldə olunan nəticələrin statistik emalı üçün “Pirson” korrelyasiya analizi və “T-test” kimi parametrik metodlardan istifadə olunmuşdur. Nəticələr fərziyyələrin təsdiq olunduğunu göstərmiş və statistik baxımdan etibarlı hesab edilmişdir. |
Description: | Fakültə:Təbiət elmləri , Sənət və Texnologiya yüksək təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: t.e.d., prof. Araz Ramiz oğlu Əliquluyev |
URI: | http://hdl.handle.net/20.500.12323/8022 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Tələbələrdə xroniki yorğunluğun somatik simptomlarının tədqiqi və təhsil keyfiyyətinə təsiri .pdf | 1.26 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.