Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8021
Title: | Psixoloqlarda emosional tükənmişlik sindromu problemi |
Authors: | Eyvazova, Tamaşa Mənsur qızı |
Keywords: | emosional tükənmə sindromu praktik psixoloqlar |
Issue Date: | 2025 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Dissertasiya işi praktik psixoloqlarda emosional tükənmənin nəzəri təhlilinə və tədqiqinə həsr edilmişdir. İşin əsas məqsədi, praktik fəaliyyətlə məşğul olan psixoloqlarda emosional tükənməni öyrənməkdir. Dissertasiya işinin birinci fəsli mövzunun nəzəri təhlilidir. Belə ki, bu fəsildə emosional tükənmə sindromunun mahiyyəti öyrənilmiş, emosional tükənmənin əlamətləri və dərəcələri, yaranmasına təsir edən amillər öyrənilmişdir. Həmçinin bu fəsildə psixoloqlarda emosional tükənmənin əlamətləri, yaranma səbəbləri, profilaktikası və aradan qaldırılma yolları da əksini tapmışdır. Dissertasiya işinin ikinci fəsli isə mövzunun araşdırılması üçün tədqiqatın təşkili məsələlərini əhatə edir. Tədqiqat işi 22-64 yaş həddində 200nəfər praktik psixoloq ilə Google Forms vasitəsi ilə aparılmışdır. Tədqiqat işində Emosional tükənmə səviyyəsinin diaqnostikası (V.V.Boyko) və Kopinq idarəetmə strategiyası (K.S.Karve) metodları istifadə edilmişdir. Məlumatların statistik emalı üçün IBM SPSS (29.0) proqramında müvafiq statistik ölçmə meyarları istifadə edilmişdir Tədqiqat zamanı dörd fərziyyə irəli sürülmüşdür. Dissertasiya işinin üçüncü fəsli tədqiqat zamanı alınan nəticələrin təhlilinə həsr edilmişdir. Statistik təhlildən əldə olunan nəticələr aşağıda qeyd edilmişdir: -praktik psixoloqların stressi idarəetmə bacarıqları və emosional tükənmə səviyyəsi arasında tərs və güclü korrelyasiya əlaqəsi vardır; -qadın praktik psixoloqlarda emosional tükənmə səviyyəsi, kişi praktik psixoloqlara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir; -praktik psixoloqların iş saatı və emosional tükənmə səviyyəsi arasında düz və güclü korrelyasiya əlaqəsi vardır; -praktik psixoloqların iş stajı və emosional tükənmə səviyyəsi arasında tərs və güclü korrelyasiya əlaqəsi vardır. Əldə olunan nəticələr əhəmiyyətli dərəcədə olduğu üçün (Sig.<0,05) statistik dürüstlük təmin edilmişdir. Tədqiqat zamanı irəli sürülən fərziyyələr isbat olunmuşdur. Dissertasiya işi nəticə, ədəbiyyat siyahısı və əlavələr ilə yekunlaşmışdır. |
Description: | Fakültə: Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil Departament: Psixologiya İxtisas: Klinik psixologiya Elmi rəhbər: p.ü.f.d., dosent Sevinc Ağavəli qızı Allahyarova |
URI: | http://hdl.handle.net/20.500.12323/8021 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Psixoloqlarda emosional tükənmişlik sindromu problemi.pdf | 3.6 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.