Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8020
Title: Qadınlarda dismorfik pozuntunun yaranmasında sosial şəbəkələrdəki fenomen qadınların rolu
Authors: Məmmədova, Türkan Aslan qızı
Keywords: dismorfik pozuntu
bədən qavrayışı
sosial media asılılığı
fenomen qadın
Issue Date: 2025
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Fərqli dövrlərdə müxtəlif xəstəliklərin rast gəlinmə tezliyi, onların xüsusiyyətləri dəyişib inkişaf etdiyi kimi bu psixoloji xəstəliklərə münasibət, onların diaqnozu və müalicə üsulları da fərqli məna kəsb etməyə başlayır. Burada elmin inkişafının nəticəsi kimi biliklərin və məlumatların yenilənməsi ilə bərabər, cəmiyyətin sosial normalarında baş verən dəyişikliklər, texnika və sosial şəbəkə platformalarının da rolu böyükdür. Bu tədqiqatın məqsədi, sosial şəbəkələrin qadınlarda Bədən Dismorfik Pozuntusunun yaranmasında təsirini araşdırmaq idi. Sosial şəbəkələrin son illərdə geniş yayılması, həmçinin insanların sosial media vasitəsilə öz bədənləri ilə bağlı normativləri qəbul etməsi və müqayisə etməsi, Bədən Dismorfik Pozuntusunun yaranmasında əhəmiyyətli rol oynayır. Qadınların öz bədənləri ilə bağlı normativləri, düşüncələrinin dəyişməsi müxtəlif dövrlərdə fərqli olmuşdur. Dissertasiya işimizdə də qeyd etdiyimiz kimi, bu düşüncələrin səbəbi hər dövrdə olan müxtəlif populyar mədəniyyətlərdir. Hər dövrün öz aparıcı mədəniyyətinin olması ilə bərabər, hər dövrdə gözəllik standartlarının da kriteriyaları dəyişmiş və şaxələnmişdir. Miladdan əvvəl olan dövr, intibah dövrü, XIX əsr və günümüzdə texnologiyanın çox inkişaf etdiyi və plastik cərrahiyə əməliyyatlarının normal olmayan tərzdə artdığı dövrdə gözəllik standartları fərqli və bir-birilə ziddiyyət təşkil edən vəziyyətdədir. Bu vəziyyət hər dövrə aid populyar mədəniyyətin spektrlərinin dəyişməsinə və müxtəlifləşməsinə yol açır. Buna görə də, bəzi qadınlar sırf populyar mədəniyyətə uyğunlaşmaq üçün düşüncələrini dəyişdirir və bu da müxtəlif psixoloji pozuntulara səbəb olur. Bədən Dismorfik Pozuntusu da bu xəstəliklərdən biridir. Bu çərçivədə aparılan tədqiqatda əsas məqsəd, sosial şəbəkələrdə aktiv şəkildə yer alan və xüsusilə bədən imicinə yönəlmiş məzmunlara daha çox məruz qalan qadınlarda bədən dismorfik pozuntusu simptomlarının hansı dərəcədə təzahür etdiyini araşdırmaq olmuşdur. Tədqiqat nəticələri göstərmişdir ki, xüsusilə “fenomen qadınlar” kimi tanınan sosial media fiqurlarının yaratdığı bədən normativləri real həyatda reallaşması çətin olan, zamanla dəyişən və psixoloji yük doğuran tələblər formalaşdırır. Bu normativlərə uyğunlaşma arzusu qadınların bədənlərinə qarşı tənqidi münasibət bəsləməsinə, güzgü qarşısında narahatlıqlarının artmasına, bəzi hallarda isə estetik müdaxilə axtarışına səbəb olur. Bütün bu hallar isə Bədən Dismorfik Pozuntusunun simptomatik strukturunu gücləndirir.
Description: Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik psixologiya Elmi rəhbər: Prof. Dr. Araz Ramiz oğlu Əliquliyev
URI: http://hdl.handle.net/20.500.12323/8020
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.