Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8015
Title: Tələbələrdə sosial fobiya və özünüqiymətləndirmə arasındakı əlaqənin təhlili
Authors: Musayeva, Nuray Elxan qızı
Keywords: sosial fobiya
özünüqiymətləndirmə
akademik göstəricilər
tələbələr
Issue Date: 2025
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Tədqiqatın təşkil olunmasının əsas məqsədi tələbələrdə sosial fobiya və özünüqiymətləndirmə səviyyələrini müəyyən etmək və onlar arasındakı əlaqəni aşkara çıxarmaqdır. Sosial fobiya fərdin ictimai situasiyalarda başqalarının diqqət mərkəzində olmaqla bağlı narahatlıq hissi keçirməsidir. Özünüqiymətləndirmə isə fərdin özünə necə dəyər verdiyini və bu dəyərin onun davranışlarında necə əks olunduğunu xarakterizə edir. Eyni zamanda elmi işdə sosial fobiya və özünüqiymətləndirmənin tələbələrin akademik göstəricilərinə təsiri də araşdırılmışdır. Əsas fərziyyəmiz: Tələbələrdə sosial fobiya və özünüqiymətləndirmə arasında tərs əlaqə mövcuddur. Köməkçi fərziyyələrimiz: Tələbələrdə sosial fobiya və akademik göstəricilər arasında tərs əlaqə vardır, tələbələrdə özünüqiymətləndirmə səviyyəsi ilə akademik göstəricilər arasında düz əlaqə vardır. Dissertasiya işinin ilk fəsli “Ədəbiyyat xülasəsi” adı ilə qeyd olunmuşdur. Bu fəsildə sosial fobiya və özünüqiymətləndirmə anlayışlarının klinik-psixoloji xarakteristikası, onlara təsir edən psixososial amillər, bu iki anlayışla bağlı aparılan elmi araşdırmalar, tələbəlik dövrünün psixoloji xarakteristikası, sosial fobiya və özünüqiymətləndirmə amilləri arasındakı əlaqələr və onların tələbələrə təsiri təhlil olunmuşdur. İkinci fəsil “Metodlar və metodologiya” adı ilə əks olunmuşdur. Burada tədqiqatın həyata keçirilməsi zamanı istifadə olunan başlıca metodlar və tədqiqatın harada, kimlərlə keçirildiyi haqqında məlumat verilmişdir. Tədqiqatda Rosenbergin özünüqiymətləndirmə testi, Liebowitz sosial fobiya şkalası və demoqrafik sorğudan istifadə olunmuşdur. Əldə olunan cavablar isə Spss 26 proqramında təhlil edilmişdir. Üçüncü fəsil “ Tədqiqat məlumatlarının statistik təhlili” adı ilə qeyd olunmuşdur. Burada tədqiqatın nəticələri qeyd olunmuş və təhlili həyata keçirilmişdir. Tədqiqat nəticələrinin təhlili zamanı müəyyən olunmuşdur ki, tələbələrdə sosial fobiya və özünüqiymətləndirmə arasında əks istiqamətli əlaqə mövcuddur- biri artıqca, digəri azalır. Bununla yanaşı, sosial fobiyanın akademik göstəricilər üzərində mənfi, özünüqiymətləndirmənin isə müsbət təsirə malik olduğu müəyyən edilmişdir. Nəticədə bütün fərziyyələrimiz təsdiq olunmuşdur.
Description: Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: P.ü.f.d, dosent Ceyhun Qurbanalı oğlu Alıyev
URI: http://hdl.handle.net/20.500.12323/8015
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.