Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7949
Title: Azıx adamının hominid sistemində yeri
Authors: Məmmədov, Yaqub
Issue Date: 28-Nov-2016
Publisher: AFpoliqrAF
Series/Report no.: ;“Qarabağın arxeoloji irsi” Beynəlxalq Elmi Konfransın materialları
Abstract: 1968–ci il 23 iyunda Azıx mağarasının Orta Aşel mədəniyyətinə aid təbəqəsindən (V təbəqənin IV horizontundan), şərti sıfır xəttindən 7,3 m dərinliyində daş məmulatı və heyvan sümükləri ilə bərabər hominid qalığı – alt çənə sümüyünün sağ hissəsi aşkar edilmişdir. Əldə olunmuş nümunə Azərbaycan ərazisində bu zamana qədər aşkar olunmuş homo növünə aid ən qədim nümunədir və 350.000–400.000 il bundan əvvələ aid olunur. Çənə sümüyü 1975–ci ildə o zamankı, ASSR EA Tarix Muzeyinə (indiki AMEA Azərbayan Milli Tarix Muzeyi) verilmişdir və hal – hazırada muzeyin qiymətli materiallar fondunda qorunur. Tapıntı ilkin olaraq 1968 – 1970-ci illərdə paleantoloq D. V. Hacıyev tərəfindən və 1978–1980-ci illərdə antropoloq R. M. Qasımova tərəfindən öyrənilmişdir. Çənə tam olmadığına baxmayaraq bioloji mənsubiyyətinin müəyyən olunmasında böyük əhəmiyyətə malikdir. Belə ki, çənənin qalınlığı, dişlərinin quruluşu və ölçüləri paleoantropoloji müqayisə üçün çox mühüm elmi əhəmiyyətə malikdir.
URI: http://hdl.handle.net/20.500.12323/7949
ISBN: 978-9952-8304-5-3
Appears in Collections:Publications

Files in This Item:
File Description SizeFormat 
Azıx adamının hominid sistemində yeri.pdf817.99 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.