Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/5818
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.date.accessioned | 2022-06-29T07:14:24Z | - |
dc.date.available | 2022-06-29T07:14:24Z | - |
dc.date.issued | 2012-05-27 | - |
dc.identifier.isbn | 978-9952-20-070-6 | - |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12323/5818 | - |
dc.description.abstract | Tarix boyunca fərqli mədəniyyətlərin və karvan yollarının kəsişdiyi, qərb ilə şərqin birləşməsində önəmli bir məkan olan Azərbaycan həmişə müxtəlif səyyahların səyahətnamələrində, tarixçilərin səlnamələrində, sərkərdələrin memuarlarında yer almış, insanları, adət və ənənələri, təbiət gözəllikləri ilə şair və yazıçıları valeh etmişdir. Müstəqillik dövrü, tarixçi və digər tədqiqatçılara yalnız post-sovet məkanında deyil, beynəlxalq aləmdə də tariximizin qaranlıq səhifələriniaraşdırmaq üçün yeni imkanlar yaratmışdır. Bu məsələ indi daha aktual səslənməkdədir: Azərbaycan və ona aid həqiqətlər, dəyərlər xarici alim və tədqiqatçıların, şair, yazıçı və səyyahların əsərlərində, tarixin önəmli şəxsiyyətlərinin memuarlarında necə əks olunmuşdur? Bütün bunların araşdırılıb öyrənilməsi, qloballaşan dünyada bizə aid dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə miras buraxılması tarixin üzərimizə yüklədiyi əsas vəzifələrdən biri olmuşdur. Millətlərin tarix qarşısında daşıdığı vəzifələrdən biri də heç şübhəsiz ona xas maddi- mənəvi dəyərlərə sahib çıxmaq, tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır. Millətlər onlara verilən bu imkanlardan yararlana bildiyi ölçüdə mədəniyyətlər tarixindəki yerini alır. Azərbaycan və ona aid dəyərlərin tarix boyunca dünya ədəbiyyatında necə əks olunmasının araşdırılıb ortaya çıxarılması məqsədilə Xəzər Universitəsi 27-28 May 2011 tarixində Azərbaycan Respublikasının müstəqilliyinin və Xəzər Universitəsinin yaranmasının 20 illiyinə həsr olunmuş ―Azərbaycan Dünya Ədəbiyyatında‖ mövzulu beynəlxalq sempozium təşkil etmişdir. Dünyanın müxtəlif universitetlərindən və tədqiqat mərkəzlərindən gələn alimlərin, tədqiqatçıların iştirakıyla keçirilən bu simpoziumnəticəsində dünya ədəbiyyatında Azərbaycan tarixinə, musiqisinə, mədəniyyətinə, folkloruna və ümumiyyətlə Azərbaycan haqqında yazılmış şeir, nəsr, dram əsərlərinə, memuarlara və səyahətnamələrə bir daha diqqət yetirilmiş və alimlərin diqqəti onların sistemli şəkildə tədqiqatına yönəldilmişdir. Simpoziumun bölmə iclaslarında Azərbaycan ədəbiyyatı, tarixi, musiqisi, mədəniyyəti, folkloru, coğrafiyası və nəhayət azərbaycanlıların dünya ədəbiyyatında necə əks olunduğu, tanındığı və öyrənildiyi,150-dən cox yerli və xarici mütəxəssislərin, alimlərin iştirakı iləmüzakirə olunmuşdur. 27-28 May 2011 tarixində Xəzər Universitəsində keçirilən həmin beynəlxalq simpoziumun məruzələri bu kitabda toplanmışdır. Geniş oxuyucu kütləsinə təqdim etdiyimiz bu kitab vasitəsi ilə həm simpoziumun təşkilində, həm də kitabın nəşrində başda universitəmizin qurucusu dəyərli elm adamı prof. Hamlet İsaxanlı olmaqla əməyi keçən bütün əməkdaşlarımıza Təşkilat Komitəsi adından minnətdarlığımızı borc bilirik. | en_US |
dc.language.iso | other | en_US |
dc.publisher | Khazar University Press | en_US |
dc.title | Azərbaycan dünya ədəbiyyatında. Beynəlxalq Simpoziumun materialları 27-29 may 2011 | en_US |
dc.type | Book | en_US |
Appears in Collections: | Azərbaycan dünya ədəbiyyatında. Beynəlxalq Simpoziumun materialları 27-29 may 2011 |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Azərbaycan dünya ədəbiyyatında.pdf | 9.37 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.