Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/5757
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorSəmədli, Elza-
dc.date.accessioned2022-06-08T06:39:04Z-
dc.date.available2022-06-08T06:39:04Z-
dc.date.issued2019-
dc.identifier.citationAzerbaijan Journal of Educational Studiesen_US
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/5757-
dc.description.abstractOxu, fərdin idraki, emosional, psixomotor bacarıqları olmaqla yanaşı, insanların anadangəlmə deyil, təhsilalma prosesində əldə etdikləri sosial bir ehtiyacdır. Həmçinin, fərdin dünyagörüşünə, bilik səviyyəsinə, ünsiyyətinə, idraki bacarıqlarına birbaşa təsir edən aktiv bir fəaliyyətdir. Bu baxımdan, oxuduğunu anlamaq və oxu savadlılığı beynəlxalq səviyyədə əhəmiyyətli hesab edilən və yoxlanılan bacarıqlardandır. Oxu savadlılığını yüksəltmək inkişaf etmiş ölkələrin təhsil siyasətində riyazi savadlılıqla birlikdə milli səviyyədə inkişaf etdirilməsi nəzərdə tutulan strateji hədəflərdən biridir. Bu sahə ölkəmizdə də milli prioritetlərdən birini təşkil etməkdədir. Bu mənada Azərbaycanın 2006 və 2009-cu illərdə PİSA, 2011-ci ildə TİMSS və PİRLS, 2016-cı ildə yenidən PİRLS beynəlxalq qiymətləndirmə imtahanlarında iştirak etməsi və Təhsil Nazirliyi tərəfindən müəllimlərin bu istiqamətdə ixtisasartırma kurslarına cəlb olunması təqdirəlayiqdir. Bu araşdırmanın məqsədi də azərbayacanlı şagirdlərin 2016-cı ildə iştirak etdiyi PİRLS imtahanının dörd səviyyə üzrə (aşağı, orta, yuxarı və yüksək) qiymətləndirmə meyarları ilə ibtidai təhsil səviyyəsində «Azərbaycan dili» fənninin məzmun standartlarının müqayisəli təhlilini apararaq, azərbaycanlı şagirdlərin nümayiş etdirdiyi nəticələri təhlil etmək, oxu savadlılığı baxımından formalaşmış və inkişaf etdirilməyə ehtiyac duyulan bacarıqlarına diqqəti yönəltməkdir. Məqalədə tədqiqat metodu olaraq keyfiyyət (qualitative) araşdırma metodundan istifadə edilərək rəsmi sənədlər, «Azərbaycan dili» fənninin kurikulumu, hesabatlar, PİRLS qiymətləndirmə standartları üçün əlaqədar internet resurslarının incələnməsi yolu izlənilmişdir.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseries;№ 1-
dc.subjectPİRLSen_US
dc.subjectoxu savadlılığıen_US
dc.subjectkurikulumen_US
dc.subjectAzərbaycan dilien_US
dc.subjectməzmun standartlarıen_US
dc.titleAzərbaycanlı şagirdlərin PİRLS-2016 nəticələrinin təhlilien_US
dc.title.alternativeThe analyzing of Azerbaijani pupils results of PIRLS 2016en_US
dc.typeArticleen_US
Appears in Collections:Publications

Files in This Item:
File Description SizeFormat 
Azərbaycanlı şagirdlərin PİRLS-2016 nəticələrinin təhlili.pdf228.98 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.