Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8469Full metadata record
| DC Field | Value | Language |
|---|---|---|
| dc.contributor.author | Qəzənfərqızı, Aynur | - |
| dc.date.accessioned | 2026-11-06T06:52:01Z | - |
| dc.date.available | 2026-11-06T06:52:01Z | - |
| dc.date.issued | 2026 | - |
| dc.identifier.isbn | 978-9952-8526-7-7 | - |
| dc.identifier.uri | http://hdl.handle.net/20.500.12323/8469 | - |
| dc.description.abstract | Azərbaycan xalça motivləri və Sarı qız obrazının rəqəmsal mühitdəki transformasiyasının təhlili göstərir ki, rəqəmsal rekonstruksiya birtərəfli bərpa prosesi deyil, milli simvolların yeni mədəniyyət kontekstində yenidən yaradılması və interpretasiyası prosesidir. Lev Manovich, Ernst Gombrich və Henri Jenkins`in nəzəriyyələri işığında aparılan bu araşdırma təsdiq edir ki, rəqəmsal media və xüsusilə metavers arxitekturası milli irsi qorumaq üçün unikal vizual platformalar təklif etsə də, simvolların ritual, fəlsəfi və sakral məzmununu qismən buxarlandırır. Əldə olunan elmi nəticələri bir neçə mühüm bənddə ümumiləşdirmək mümkündür:1. Semantik və Ontoloji Dəyişiklik. 2. Qloballaşma və Standartlaşma Riski.3. Yeniliyə Açıqlıq və Elmi İnteqrasiya. Son nəticə olaraq vurğulamaq lazımdır ki, milli simvolların rəqəmsal mühitdə səthi vizual verilənlər strukturuna çevrilməməsi və ya dekorativ loqo kimi qalmaması üçün rəqəmsal humanitar elmlər sahəsində yeni bir Milli Yaddaş Siyasəti formalaşdırılmalıdır. Xalça motivlərinin daşıdığı adlar və terminoloji baza sadəcə təsviri xarakter daşımır, onlar mifik təfəkkürün dil qatındakı qalıqlarıdır. Hər bir motivin adı fərqli bir mifik arxetipin və ya ayinin dil strukturundakı rezonansını əks etdirir. Gələcəkdə qurulacaq rəqəmsal və virtual platformalarda (məsələn, Türk Dünyasının virtual model və layihələrində) vizual dizayn mühəndisliyi ilə folklorşünaslıq-mifologiya elmi paralel addımlamalıdır. Yalnız vizual formanın deyil, eyni zamanda motivlərin və obrazların arxasındakı fəlsəfi-semantik dərinliyin də rəqəmsal kodlara (meta-verilənlərə) inteqrasiya edildiyi ağıllı rekonstruksiya modellərinin tətbiqi mədəni irsimizin virtual gələcəkdə də öz orijinal kimliyini qorumasını təmin edə bilər. | en_US |
| dc.language.iso | other | en_US |
| dc.publisher | Salman Mümtaz Yayımları | en_US |
| dc.relation.ispartofseries | ;Altıncı Türkçülük Çalışmaları: Milli Simvollar və Dəyərlər | - |
| dc.title | Milli Simvolların Rəqəmsal Rekonstruksiyası: Xalça Motivləri və Sarı Qız Örnəyində | en_US |
| dc.type | Article | en_US |
| Appears in Collections: | Publications | |
Files in This Item:
| File | Description | Size | Format | |
|---|---|---|---|---|
| AltinciTurkchulukchalishmalari.pdf | 450.61 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.