Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8397
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorƏhmədli, Nazir-
dc.date.accessioned2026-10-05T06:38:52Z-
dc.date.available2026-10-05T06:38:52Z-
dc.date.issued2025-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/8397-
dc.description.abstractBu məqalə “Göyçə” toponimi və “gökçə/göyçə” tayfa adı ilə bağlı tarixi, etnoqrafik və toponomik faktları araşdırmaqla, bu adların yaranma səbəbləri və yayılma coğrafiyasını geniş şəkildə təqdim edir. Məqalənin əsas qayəsi “Göyçə” adının sadəcə coğrafi deyil, etnik və tarixi mahiyyət daşıdığını sübut etməkdir. Əvvəlcə “Göyçə” adının ən qədim yazılı qaynaqlarda necə keçdiyi təqdim edilir. Bu ad 14-cü əsrə aid mənbələrdə – Zeynəddin bin Həmdullah Qəzvininin “Zeyle Tarix-e Qozide” adlı əsərində “Gökçə Dəniz” kimi qeyd olunur. Eyni zamanda “Kitabi-Dədə Qorqud”da da bu ada rast gəlinir. Beləliklə, “Gökçə”nin türklərin tarixi yaddaşında yer alan və qədim zamanlardan etibarən yaylaq, yaşayış məskəni və tayfa adı kimi istifadə olunduğu vurğulanır. Məqalədə xüsusilə XV–XVII əsrlərə aid fərmanlar, Osmanlı və Səfəvi təhrir dəftərləri, eləcə də müasir tədqiqat materialları vasitəsilə “Göyçə”nin inzibati vahid kimi necə formalaşdığı göstərilir. Məqalə iddia edir ki, “Göyçə” toponimi eyniadlı türk tayfasının – gökçələrin adından yaranmışdır. Bu tayfa Göytürk imperiyası ilə mənşə bağlılığı olan və müxtəlif dövrlərdə Orta Asiyadan Qafqaza, Anadoluya və İrana köç etmiş türkmən kökənli qəbilələrdən biridir. Araşdırmada “göy” sözünün türklər üçün sadəcə rəng adı deyil, Tanrı və fövqəltəbii qüvvə anlamı daşıdığı izah olunur. Göytürklərdə “göy” – müqəddəslik və hakimiyyət simvoludur. Bilgə Xaqanın Orxon yazılarında “göy” Tanrı ilə sinonim kimi işlənməsi bu mənanı gücləndirir. Məqalədə həmçinin qeyd edilir ki, “Göyçəli” adlı kəndlərin və camaatların adları yalnız Azərbaycanda deyil, həm də Türkiyənin bir çox bölgələrində, hətta İraqda da yayılmışdır. Bu isə gökçələrin geniş yayılma arealına və tarixi miqrasiyalarına dəlalət edir. Göyçəli obalarının xüsusilə Bozok və Varsaq türkmən birlikləri ilə bağlılığı araşdırılır. Həmçinin Göyçə və Göyçəli adlarının təhriflərə, yanlış izahlara və saxta tarixləşdirməyə məruz qalması da tənqid edilir. Nəticə etibarilə, məqalə “Göyçə” toponimini göytürk mənşəli, qədim türk tayfalarından olan gökçə/göyçə tayfasının adından törəmiş bir etnotoponim kimi təqdim edir. Tarixi, coğrafi və etnoqrafik materiallarla sübut edilir ki, bu ad təkcə bir bölgənin adı deyil, bütövlükdə türk dünyasının ortaq mədəni yaddaşının daşıyıcısıdır.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseriesVol. 1;MAFİ The Journal of Folklore and Cultural Anthropology, № 1-
dc.subjectGöyçə toponimien_US
dc.subjectGökçə tayfasıen_US
dc.subjectGöytürkləren_US
dc.subjectTürk toponimiyasıen_US
dc.subjectDədə Qorquden_US
dc.titleGökçələr və Göyçə Toponimi Haqqındaen_US
dc.title.alternativeAbout the Gökçe and the toponym of Göyçeen_US
dc.typeArticleen_US
Appears in Collections:2025, Vol. 1, № 1

Files in This Item:
File Description SizeFormat 
Nazir ƏHMƏDLİ.pdf401.95 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.