Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8036
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorRamazanova, Ülkər Eldar qızı-
dc.date.accessioned2025-07-18T12:29:59Z-
dc.date.available2025-07-18T12:29:59Z-
dc.date.issued2025-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/8036-
dc.descriptionFаkültə: Təbiət еlmləri, Sənət və Tеxnоlоgiyа yüksək təhsil Dеpаrtаmеnt: Təhsil İxtisаsаs: Pеdаqоgikа nəzəriyyəsi və tarixi Еlmi rəhbər: pеdаqоgikа üzrə fəlsəfə dоktоru Аfət Yaqub qızı Sülеymаnоvаen_US
dc.description.abstractQızların təhsildən yayınması problemi müasir dövrdə yalnız bir fərdin həyatını deyil, bütövlükdə cəmiyyətin inkişafını əngəlləyən sosial və struktur xarakterli bir məsələ kimi aktuallığını qorumaqdadır. Təhsil, insan kapitalının formalaşmasında əsas amillərdən biri olmaqla yanaşı, qadınların iqtisadi, sosial və psixoloji güclənməsinin əsas şərtidir. Qızların təhsildən yayınması isə onların gələcəkdə işsizlik, asılılıq, erkən nikah və məhdud sosial rollarla üzləşməsi riskini artırır. Bu fenomen yalnız fərdi hüquqların pozulması kimi deyil, həm də gender bərabərliyi, sosial ədalət və davamlı inkişaf prinsiplərinə birbaşa təhdid kimi qiymətləndirilir. Xüsusilə inkişaf etməkdə olan cəmiyyətlərdə bu məsələ, ailədaxili münasibətlərdən başlayaraq dövlət siyasətlərinə qədər müxtəlif səviyyələrdə həllini gözləyən ciddi bir çağırışdır. Azərbaycanda da qızların təhsildən yayınması problemi müxtəlif formalarda özünü göstərməkdədir: erkən nikahlar, ailələrin təhsil mövzusuna yanaşmaları, sosial-iqtisadi çətinliklər və stereotiplər bu prosesi şərtləndirən əsas faktorlardandır. Bu məsələnin aktuallığı həm statistik göstəricilərlə, həm də ictimai rəyin formalaşmasında müşahidə edilən narahatlıqla təsdiqlənir. Regionlararası fərqliliklər, ailə strukturlarındakı dəyişkənliklər və sosial media təsiri bu problemin yeni aspektlərini gündəmə gətirir. Qızların təhsil hüququnun təmin olunmaması onların həyat keyfiyyətinə və gələcək nəsillərin inkişaf səviyyəsinə birbaşa təsir göstərir. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərə baxmayaraq, qızların təhsildən yayınması halları bəzi bölgələrdə hələ də yüksək səviyyədə qalmaqdadır və bu vəziyyət strateji yanaşmalar tələb edir. Təhsilin yalnız məktəbə getmək deyil, həm də tamamlamaq və onu həyat keyfiyyətinə çevirə bilmək olduğu nəzərə alınmalıdır. Bu kontekstdə qızların yalnız məktəbə cəlbi deyil, eyni zamanda onların təhsil mühitində qalma davamlılığını təmin edən mexanizmlərin qurulması önəmlidir. Təhsil sistemində gender bərabərliyinin təmin olunması və bu bərabərliyin şagird və ailə səviyyəsində mənimsədilməsi üçün ciddi maarifləndirmə işləri aparılmalıdır. Bu tədqiqat məhz bu ehtiyacdan irəli gələrək, problemi empirik əsaslarla təhlil etməyə və praktik həll yolları irəli sürməyə yönəlmişdir. Qızların təhsildən yayınması mövzusu müxtəlif tədqiqatçılar tərəfindən dünya miqyasında araşdırılmış, bu problemin səbəbləri və nəticələri sosial, iqtisadi və psixoloji aspektlərdən qiymətləndirilmişdir. Beynəlxalq səviyyədə UNESCO, UNICEF və Human Rights Watch kimi təşkilatlar qızların təhsildən yayınma hallarının səbəblərini xüsusilə erkən nikah, yoxsulluq və patriarxal mədəniyyətlə əlaqələndirmişlər. Azərbaycanda isə bu sahədə Məmmədov A., Quliyev O. və başqaları statistik yanaşmalarla çıxış edərək, əsasən iqtisadi və ailədaxili faktorları ön plana çəkmişlər. Lakin bu mövzu üzrə yerli kontekstdə həm kəmiyyət, 4 həm də keyfiyyət aspektlərini birləşdirən, sosial stereotiplər və ailə münasibətləri ilə bağlı dərinlikli empirik tədqiqatlar kifayət qədər geniş yer almamışdır. Hazırkı araşdırma bu boşluğu doldurmaq məqsədilə yalnız statistik məlumatların deyil, həm də respondentlərin fərdi təcrübə və yanaşmalarının məzmun analizi əsasında geniş və çoxşaxəli bir təhlil təqdim etmişdir. Əvvəlki tədqiqatlardan fərqli olaraq, burada həm qızların təhsildən yayınmasının səbəbləri, həm də bu problemin həllinə yönəlik ictimai baxışlar və təkliflər sistemləşdirilmişdir. Bu yanaşma mövzunun yalnız diaqnostikasını deyil, eyni zamanda strateji həll yollarını da əhatə edən yenilikçi bir çərçivə formalaşdırmışdır. Beləliklə, bu iş, Azərbaycanda qızların təhsildən yayınma səbəbləri üzrə çoxcəhətli və praktik əsaslı yanaşma təklif edən azsaylı araşdırmalardan biri kimi dəyərləndirilə bilər.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseries;Magistr dissertasiyası-
dc.subjectqadınların təhsildə roluen_US
dc.subjecttəhsildən yayınmaen_US
dc.titleQızların təhsildən yayınmasının əsas səbəbləri və onların aradan qaldırılması üçün təklifləren_US
dc.typeThesisen_US
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.