Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8030
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.contributor.author | Süleymanova, Rəqsanə Qalib qızı | - |
dc.date.accessioned | 2025-07-18T08:33:20Z | - |
dc.date.available | 2025-07-18T08:33:20Z | - |
dc.date.issued | 2025 | - |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12323/8030 | - |
dc.description | Fakültə: Təbiət elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Dillər və ədəbiyyatlar İxtisas: Azərbaycan ədəbiyyatı Elmi rəhbər: Fil.ü.e.d., prof. Bədirxan Balaca oğlu Əhmədov | en_US |
dc.description.abstract | Azərbaycan ədəbiyyatının müstəqillik dövrü ədəbi nəsri, eləcə də, tənqidşünaslığı hələ gənc dövrünü yaşasa da, araşdırma üçün zəngin elmi-bədii materiallar verir. Tənqidin ədəbiyyatşünaslığın xüsusi və önəmli sahələrindən biri kimi formalaşdığı artıq uzun illərdir ki, məlumdur. Tənqidşünaslıq – ədəbi tənqid sahəsi təkcə bədii mətnlərin dəyərləndirilməsi ilə kifayətlənmir, həm də onların ideya-estetik yönlərini, ictimai-tarixi kontekstlərini və sənətkarlıq xüsusiyyətlərini dərindən araşdırır. XX əsrin əvvəllərinə kimi dünya elmi-nəzəri fikrində ədəbiyyat və ədəbiyyatşünaslıq hələ müstəqil peşə kimi formalaşmazkən, ədəbi tənqiddən xüsusi fəaliyyət növü olaraq bəhs edilmirdi. Günümüz ədəbiyyatşünaslığında da ədəbi tənqid ədəbiyyatşünaslıqdan tam ayrılmamışdır. Dissertasiyamızda tənqid metodologiyalarından bəhs edərkən yalnız Azərbaycan ədəbi tənqidinin müstəqillik dövrü ədəbiyyatşünaslarının (Ş.Salmanov, B.Nəbiyev, K.Talıbzadə, Y.Qarayev, N.Cəfərov, Ş.Alışanov, B.Əhmədov, T.Mustafayev (Əlişanoğlu), A.Hüseynov, V.Sultanlı, Nikpur Cabbarlı, A.Əfəndiyev, E.Akimova, V.Yusifli, Nərgiz Cabbarlı, C.Yusifli, Ə.Cahangir, İ.Musayeva və s.) bu dövrdən günümüzədək olan ədəbi nəsr nümayəndələrinin (Elçin, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Sabir Əhmədli, Mövlud Süleymanlı, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Saday Budaqlı, Kamal Abdulla, Məmməd Oruc, Azad Qaradərəli, Rasim Qaraca, Rafiq Tağı, Aslan Quliyev, Nərmin Kamal, Murad Köhnəqala, Zamin Hacı, Şərif Ağayar, Pərviz Cəbrayıl, Əli Əkbər, Qan Turalı, Seymur Baycan, Günel Mövlud, Cəlil Cavanşir, Ziyad Quluzadə, Həmid Piriyev, Cavid Ramazanov, Rəşad Səfər, Məqsəd Nur, Zümrüd Yağmur, Sahilə Yaya və b.) bədii əsərləri üzərinə yazdıqları müxtəlif mülahizələr, tənqidi-diskursiv yanaşmaları təhlil edilir. Tədqiqatımızda, həmçinin, xarici ədəbi tənqidi təcrübəni diqqətə çatdırmaq məqsədi ilə dünya ədəbiyyatşünaslığa (R.Uellek, A.Uarren, P.E.Mor, R.Çeyz, N.Fray, C.Frezer, F.Şellinq, M.Baxtin, M.Fuko, U.Eko, Y.Lotman və b.) müraciət edilmiş, dünyaca görkəmli ədəbiyyatşünas-alimlərin yaradıcılığına istinad edilmiş, onların ədəbi tənqidlə bağlı qənaətlərinə yeni izahlar verilmiş və bundan aldığımız nəticələr qeyd edilmişdir. | en_US |
dc.language.iso | other | en_US |
dc.relation.ispartofseries | ;Magistr dissertasiyası | - |
dc.subject | çağdaş Azərbaycan nəsri | en_US |
dc.subject | tənqid | en_US |
dc.subject | yazıçı tənqidi | en_US |
dc.title | Tənqidi metodologiyada üçlü yanaşma professional tənqid, yazıçı və oxucu tənqidi (çağdaş Azərbaycan nəsr texnologiyası əsasında) | en_US |
dc.type | Thesis | en_US |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Tənqidi metodologiyada üçlü yanaşma professional tənqid, yazıçı və oxucu tənqidi (çağdaş Azərbaycan nəsr texnologiyası əsasında).pdf | 6.82 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.