Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8019
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.contributor.author | Hüseynzadə, Cavanşir Sücəddin oğlu | - |
dc.date.accessioned | 2025-07-17T06:47:42Z | - |
dc.date.available | 2025-07-17T06:47:42Z | - |
dc.date.issued | 2025 | - |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12323/8019 | - |
dc.description | Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixlogiya İxtisas: Klinik Pixologiya Elmi rəhbər: p.ü.f.d. Lalə Məhəmməd qızı Cabbarova | en_US |
dc.description.abstract | Bu tədqiqat işində fiziki aktivliyin insan psixikasına təsiri, xüsusilə də təşviş və depressiya simptomları ilə əlaqəsi araşdırılmışdır. Məqsəd, fiziki aktivliklə məşğul olmanın emosional rifaha və psixi sağlamlıq göstəricilərinə necə təsir etdiyini elmi əsaslarla müəyyənləşdirmək olmuşdur. İşin ilk fəsli mövcud elmi ədəbiyyatların sistemli nəzərdən keçirilməsinə həsr olunmuş, fiziki aktivliyin depressiv əlamətləri, təşviş pozuntuları, hormon balansı və koqnitiv funksiyalar üzərindəki təsirləri araşdırılmışdır. Bu çərçivədə, fiziki aktivliyin psixoloji sağlamlığın qorunmasında profilaktik və terapevtik imkanları müzakirə olunmuşdur. İkinci fəsildə təşviş və depressiyanın insan davranışları və daxili psixoloji proseslərə təsiri qiymətləndirilmiş, emosional tənzimləmə, motivasiya və düşüncə prosesi kimi funksiyalarla qarşılıqlı əlaqəsi təqdim olunmuşdur. Üçüncü fəsildə tədqiqatın praktik mərhələsi əks etdirilmişdir. 166 nəfərlik nümunə qrupu ilə aparılmış empirik araşdırma çərçivəsində iştirakçıların fiziki aktivlik vərdişləri, fiziki aktivlik növü və motivasiya səbəbləri araşdırılmış, onların təşviş və depressiya səviyyələri standart psixoloji ölçü vasitələri ilə qiymətləndirilmişdir. Əldə olunan məlumatlar IBM SPSS 29.0 proqramı vasitəsilə statistik təhlil edilmişdir. Nəticələr göstərmişdir ki, müntəzəm şəkildə fiziki aktivliklə məşğul olan şəxslərdə həm təşviş, həm də depressiya göstəriciləri əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Həmçinin, fiziki aktivliklə daha uzun müddət məşğul olan şəxslərdə təşviş səviyyəsinin azaldığı müəyyən edilmişdir. Aerobik fəaliyyətin təsiri xüsusilə müsbət olmuşdur, lakin bu sahədə daha geniş nümunələrlə əlavə araşdırmaların aparılması tövsiyə olunur. Eyni zamanda, cinsiyyət və yaş faktorlarının təşviş və depressiya səviyyələri üzərində statistik baxımdan nəzərəçarpacaq təsir göstərmədiyi müəyyən edilmişdir. İştirakçıların fiziki aktivlik motivasiyası ilə psixoloji simptomlar arasında isə anlamlı fərq qeydə alınmamışdır. Tədqiqatda əldə edilən ən güclü nəticələrdən biri, təşviş və depressiya göstəriciləri arasında güclü və statistik baxımdan əhəmiyyətli müsbət əlaqənin mövcud olmasıdır. Tədqiqatın sonunda əldə edilən nəticələr ümumiləşdirilmiş, praktik və nəzəri tövsiyələr irəli sürülmüş və istifadə edilən ədəbiyyat mənbələri sistemli şəkildə təqdim olunmuşdur. | en_US |
dc.language.iso | other | en_US |
dc.relation.ispartofseries | ;Magistr dissertasiyası | - |
dc.subject | fiziki aktivlik | en_US |
dc.subject | depressiya | en_US |
dc.subject | psixi sağlamlıq | en_US |
dc.subject | təşviş simptomları | en_US |
dc.title | İnsanlarda fiziki aktivliyin onlarda depressiya və təşviş səviyyələrinə təsiri | en_US |
dc.type | Thesis | en_US |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
İnsanlarda fiziki aktivliyin onlarda depressiya və təşviş səviyyələrinə təsiri.pdf | 739.32 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.