Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8018
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorHüseynzadə, Nərmin Xalid qızı-
dc.date.accessioned2025-07-17T06:39:35Z-
dc.date.available2025-07-17T06:39:35Z-
dc.date.issued2025-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/8018-
dc.descriptionFakültə: Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil Departament: Psixologiya İxtisas: Klinik psixologiya Elmi rəhbər: p.ü.f.d., dosent Sevinc Ağavəli qızı Allahyarovaen_US
dc.description.abstractDissertasiya işində artıq çəkili qadınların adaptiv pozuntularının psixoloji faktorları araşdırılmışdır. İşin əsas məqsədi, artıq çəkidən əziyyət çəkən qadınlarda adaptiv pozuntuları tədqiq etmək, bədən çəki indeksi ilə adaptiv pozuntular arasında əlaqəni öyrənməkdir. Dissertasiya işinin birinci fəsli ədəbiyyatların nəzəri təhlilinə həsr edilmişdir. Bu fəsildə adaptiv pozuntuların psixoloji təhlili aparılmış, adaptiv pozuntuların əlamətləri və dərəcələri, təzahürü və yaranma səbəbləri təhlil edilmişdir. Həmçinin artıq çəkinin psixoloji xarakteristikası aparılmış, artıq çəkili qadınların psixoloji xüsusiyyətləri və bu qadınlarda adaptiv pozuntular öyrənilmişdir. Dissertasiya işinin ikinci fəsli mövzunun klinik-psixoloji təhlilinə həsr edilmişdir. Tədqiqat işi 27-45 yaş həddində 184 nəfər artıq çəkidən əziyyət çəkən qadınlar ilə aparılmışdır. Tədqiqat işi Nərimanov Tibb Mərkəzində keçirilmişdir. Tədqiqat zamanı Adaptiv pozuntuların təyini şkalası və Adaptiv pozuntu-Yeni modul (20) şkalası istifadə olunmuşdur. Dissertasiya işinin üçüncü fəslində tədqiqat zamanı alınan nəticələrin təhlili aparılmışdır. Burada tədqiqat nəticələri ətraflı şərh edilmişdir. Alınan nəticələr ümumi olaraq aşağıda qeyd edilmişdir: -Artıq çəkili qadınların bədən çəki indeksi adaptiv pozuntuların təzahürünə əhəmiyyətlə dərəcədə təsir edir; - Mütəxəssis dəstəyi alan, BÇİ-i yüksək olan qadınlarda adaptiv pozuntuların təzahürü mütəxəssis dəstəyi almayan BÇİ-i yüksək olan qadınlara nisbətən əhəmiyyətli dərəcədə fərqlidir; - BÇİ-i yüksək olan qadınlarda adaptiv pozuntuların təzahürü problemin müddəti ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Alınan nəticələr SPSS proqramında reqressiya analizi və T test ilə işlənilmiş, əhəmiyyətli dərəcədə olduğu müəyyən edilmişdir (p<0,05). Dissertasiya işi nəticə, istifadə edilən ədəbiyyat siyahısı və əlavələr ilə tamamlanır.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseries;Magistr dissertasiyası-
dc.subjectadaptiv pozuntuen_US
dc.subjectartıq çəkili qadınlaren_US
dc.titleArtıq çəkili qadınların adaptiv pozuntularının psixoloji faktorlarıen_US
dc.typeThesisen_US
Appears in Collections:Thesis

Files in This Item:
File Description SizeFormat 
Artıq çəkili qadınların adaptiv pozuntularının psixoloji faktorları.pdf1.99 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.