Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8007
Title: | Tullantıların idarə edilməsinin yaşıl iqtisadiyyata təsirlərinin qiymətləndirilməsi |
Authors: | Şükürova, Həcər Səxavət qızı |
Keywords: | tullantıların idarə edilməsi yaşıl iqtisadiyyat ekoloji dayanıqlılıq təkrar emal tullantı strategiyaları ekoloji siyasət Azərbaycan |
Issue Date: | 2025 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Bu dissertasiya tullantıların idarə edilməsinin yaşıl iqtisadiyyata təsirlərini Azərbaycan nümunəsi əsasında araşdırır. Yaşıl iqtisadiyyat konsepsiyası ekoloji tarazlığı qoruyaraq iqtisadi inkişafı təmin etməyi hədəfləyir və bu kontekstdə tullantıların səmərəli idarə olunması əsas amillərdən biri kimi qiymətləndirilir. Tədqiqatın əsas məqsədi tullantıların düzgün idarə olunmasının ekoloji, iqtisadi və sosial sahələrdə hansı dəyişikliklərə səbəb olduğunu müəyyən etmək, həmçinin Azərbaycanda bu sahədə mövcud vəziyyəti təhlil edərək problemləri və perspektivləri üzə çıxarmaqdır. Dissertasiyada tullantıların idarə olunması ilə bağlı beynəlxalq təcrübələr nəzərdən keçirilmiş, Azərbaycanda tətbiq edilən qanunvericilik bazası, strategiyalar və innovativ həll yolları araşdırılmışdır. Tədqiqat zamanı tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi, eləcə də bərk məişət tullantılarının idarə edilməsi sahəsində görülən tədbirlər dəyərləndirilmişdir. Həmçinin, tullantıların düzgün idarə olunmasının iqtisadi səmərəliliyi artırdığı, enerji istehsalı və xammal istifadəsi baxımından mühüm töhfə verdiyi vurğulanmışdır. Aparılan təhlillər göstərmişdir ki, Azərbaycanda tullantıların idarə edilməsinə dair həyata keçirilən islahatlar və dövlət proqramları müəyyən nəticələr versə də, hələ də bir sıra problemlər qalmaqdadır. Sənaye tullantılarının idarə edilməsi, qeyri-rəsmi tullantı poliqonlarının azaldılması, tullantıların emalı və təkrar istifadəsi üzrə təşviqedici mexanizmlərin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir. Tədqiqat nəticəsində, tullantıların düzgün idarə olunmasının yaşıl iqtisadiyyatın inkişafına töhfə verdiyi, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyi artırdığı və ətraf mühitin mühafizəsini gücləndirdiyi müəyyən edilmişdir. |
Description: | Fakültə: İqtisadiyyat və Biznes yüksək təhsil Departament: İqtisadiyyat və menecment İxtisas: Biznesin təşkili və idarə edilməsi (Ümumi təyinatlı) Elmi rəhbər: Ph.D. Əhmədov Elşan |
URI: | http://hdl.handle.net/20.500.12323/8007 |
Appears in Collections: | Graduate school of Economics and Business |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Tullantıların idarə edilməsinin yaşıl iqtisadiyyata təsirlərinin qiymətləndirilməsi.pdf | 881.71 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.