Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/8004
Title: | Mebel şirkətlərinin Instagram mesaj strategiyalarına istehlakçı reaksiyalarının tədqiqi Embawood və Ikea nümunəsində |
Authors: | Hadızadə, Aytac Faiq qızı |
Keywords: | sosial media marketinqi marketinq kommunikasiyası mesaj strategiyası IKEA Embawood |
Issue Date: | 2025 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Müasir dövrdə rəqəmsal transformasiya biznes strategiyalarını köklü şəkildə dəyişdirmiş, xüsusilə sosial media platformaları marketinq kommunikasiyalarının əsasını təşkil etmişdir. Sosial medianın yüksəlişi ilə şirkətlər istehlakçılarla birbaşa və interaktiv əlaqə qurmaq imkanı əldə etmiş, bu da brend bilinirliyini, müştəri sədaqətini və satışları artırmaq üçün yeni imkanlar yaratmışdır. Mebel sektoru kimi vizual estetikaya əsaslanan sənayelərdə Instagram kimi platformalar xüsusi əhəmiyyət kəsb edir, çünki məhsulların təqdimatında vizual təsir və emosional bağlılıq mühüm rol oynayır. Bu kontekstdə, mebel şirkətlərinin Instagram-da istifadə etdikləri mesaj strategiyalarının istehlakçı reaksiyalarına təsiri mühüm tədqiqat mövzusudur.Tədqiqat mebel şirkətlərinə Instagram-da effektiv marketinq strategiyaları qurmaq üçün konkret təkliflər təqdim edir. Təkliflər mesaj strategiyalarının diversifikasiyası, video məzmunun artırılması, interaktiv elementlərin tətbiqi və açar sözlərin optimallaşdırılması kimi sahələri əhatə edir. Bu, xüsusilə yerli brendlər üçün rəqabət üstünlüyü qazanmaq və qlobal brendlər üçün regional bazarlara uyğunlaşmaq baxımından dəyərlidir. |
Description: | Fakültə: İqtisadiyyat və Biznes yüksək təhsil Departament: İqtisadiyyat və Menecment İxtisas: Biznesin təşkili və idarə edilməsi (Marketing) Elmi rəhbər: Ph.D Şahin Əkbər |
URI: | http://hdl.handle.net/20.500.12323/8004 |
Appears in Collections: | Graduate school of Economics and Business |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Mebel şirkətlərinin Instagram mesaj strategiyalarına istehlakçı reaksiyalarının tədqiqi Embawood və Ikea nümunəsində.pdf | 889.15 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.