Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7977
Title: | Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).Üç cilddə, II cild (Birinci kitab) |
Authors: | Ələkbərli, Faiq |
Issue Date: | 2023 |
Publisher: | "Elm və təhsil" |
Abstract: | AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin ikinci cildində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, Ə.Topçubaşı, N.Yusifbəyli və b.); 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov, C.Nağıyev və b.); 3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi və b.). Kitabın II cildinin I kitabında milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyan-ları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılığın nümayəndələrindən (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşı, Ə.Müznib, F.b.Köçərli, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli, A.İldırım və b.) bəhs olunmuşdur. Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraq-lananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur. |
URI: | http://hdl.handle.net/20.500.12323/7977 |
ISBN: | 978-9952-81-76-0-7 |
Appears in Collections: | Books |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Azerbaycan Turk felsefesi tarixi II cild (1 kitab) 2023.pdf | 8.07 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.