Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7976
Title: Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).Üç cilddə, II cild (İkinci kitab) (Tamamlanmış və əlavələrlə yenidən işlənilmiş ikinci nəşri)
Authors: Ələkbərli, Faiq
Issue Date: 2024
Publisher: “Elm və təhsil”
Abstract: AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin ikinci cildində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli, H.Baykara və b.); 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov, S.Ağamalıoğlu və b.); 3) Milli maarifçilik fəlsəfəsi: romantizm və realizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi və başqaları). Kitabın II cildinin 2-ci kitabında öncə milli maarifçilik fəlsəfəsi: romantizm və realizm, onun nümayəndələrinin (H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi, C.Cabbarlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir və başqaları) dünyagörüşləri araşdırılmışdır. Daha sonra kitabda marksizm-leninizm ideologiyası: milli təmayül-çülük və beynəlmiləlçilikdən, onun nümayəndələrindən (N.Nərimanov, R.Axundov, S.M.Əfəndiyev, H.Hüseynov, S.Ağamalıoğlu, F.Q.Köçərli və b.) bəhs olunmuşdur. Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraq-lananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur.
URI: http://hdl.handle.net/20.500.12323/7976
ISBN: 978-9952-81-76-0-7
Appears in Collections:Books

Files in This Item:
File Description SizeFormat 
Azerbaycan Turk felsefesi tarixi II cild (2 kitab) 2024.pdf6.67 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.