Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7972
Title: | Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq (Tamamlanmış və əlavələrlə yenidən işlənilmiş ikinci nəşri) |
Authors: | Ələkbərli, Faiq |
Issue Date: | 2021 |
Publisher: | “Elm və təhsil” |
Abstract: | Monoqrafiyada Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilmişdir. Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarınınm tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilmişdir. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır. Eyni zamanda kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunmuşdur. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, “Mağlar təlimi”nə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapmışdır. Monoqrafiyada Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarlar ayrıca tədqiqata cəlb olunmuşdur. Kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri geniş təhlil olunmuşdur. Eyni zamanda bütün bunlarla yanaşı, əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunmuşdur. Kitab Turan/Türk tarixi, Turan/Türk fəlsəfəsi ilə maraqlanalar, eləcə də Azərbaycan türklərinin ümumTürk tarixi və fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur. |
URI: | http://hdl.handle.net/20.500.12323/7972 |
ISBN: | 978-9952-8414-5-9 |
Appears in Collections: | Monographs |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Turan sivilizasiyasına giriş-2021.pdf | 1.55 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.