Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7816
Title: Cənubi Qafqazda neandertalların nəslinin kəsilməsi və Homo sapiensin miqrasiyası
Authors: Məmmədov, Yaqub
Keywords: Cənubi Qafqaz
neandertal
nəslin kəsilməsi
son orta-paleolit
erkən üst paleolit
Homo sapiense
Issue Date: 2021
Publisher: Elm
Series/Report no.: ;Azərbaycan Milli Elmlər Akademiyası: Sosial elmlər, № 2
Abstract: Digər erkən homo cinsi növləri kimi Cənubi Qafqaz neandertalların əsas yayıldığı ərazilərdən biri olmuşdur. Regionda XX əsrin 30-cu illərindən etibarən aparılan tədqiqatlar nəticəsində orta paleolit dövrünə aid 10-dan artıq mağara və 20-dən artıq açıq tipli tapıntı yeri qeydə alınıb öyrənilmişdir. Məlumdur ki, artıq neandertalların anatomik müasir insanın əcdadı olmasına dair mülahizələr tarixdə qalmışdır. Əsas tədqiqat istiqamətlərindən biri neandertalların yayıldığı ərazilərdə, nəsillərinin kəsilməsi məsələsinin tarixi aspektlərini, səbəblərini araşdırmaqdan ibarətdir. Ümumilikdə təxminən 45-40 min il əvvəl neandertallar məhv olmuşdurlar və bunun səbəbi tam aydınlaşdırılmamışdır. Neandertalların nəslinin kəsilmə mexanizminə dair bir neçə fəqli fikirlər mövcuddur. Bura anatomik müasir insanların mədəni, texnoloji, demoqrafik üstünlüyü (daha uzun ömür, daha yüksək təkrar istehsal tempi, qısa doğum fasiləsi, ekoloji proses (sosial şəbəkəsi və əlverişli ov etmə imkanı və digər faktorlar), iqlim dəyişməsi aiddir. Bu məqalədə qarşıda duran vəzifə yuxarıda qeyd olunan problemlərin araşdırılmasıdır. Qeyd etmək lazımdır ki, son 20 ildə bu istiqamətdə geniş tədqiqatlar aparılmışdır və məqalə bu tədqiqatlara əsaslanır.
URI: http://hdl.handle.net/20.500.12323/7816
ISSN: 2710-0820
Appears in Collections:Publications



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.