Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7798
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorQemberova, Sevinc-
dc.date.accessioned2025-02-12T06:12:21Z-
dc.date.available2025-02-12T06:12:21Z-
dc.date.issued2024-12-20-
dc.identifier.issn2587-1293-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/7798-
dc.description.abstractMəqalədə Azərbaycan ədəbi dilində rast gəlinməyən, ancaq müxtəlif şivələrində istifadə olunan əlamət bildirən sözlər sistemli şəkildə araşdırılmışdır. Azərbaycan dilinin bir çox şivələri monoqrafik yolla kifayət qədər tədqiq olunmuş, dialektoloji lüğətlər, atlaslar tərtib edilmiş, eyni zamanda yeri gəldikcə digər qohum dillər və onların şivələri ilə (Zabitə Teymurlu, Sevinc Qəmbərova, Qalibə Hacıyeva, Əlvan Cəfərov və b.) də müqayisəyə edilmişdir. Ancaq əlamət bildirən sözlər ayrıca olaraq işlənilməmişdir, dərsliklərdə də olduqca yığcam şəkildə (isimlər və feillərdən fərqli olaraq) öz əksini tapmışdır. Bu baxımdan mövzu xüsusi aktuallıq kəsb edir və həm ali məktəblərin bakalavriat və magistratura səviyyələrində fənnin tədrisi prosesində istifadə edilə bilər, həm də dilçiliyin türkologiya və dialektologiya sahələrinin tədqiqatçılar üçün faydalı və əhəmiyyətli bir araşdırma rolunu oynaya bilər. Məqalədə Azərbaycan dili şivələrində işlədilən əlamət bildirən sözlərin mikro və makro arealı da öz əksini tapmışdır. Belə ki, bu sözlərdən bəziləri bir şivədə, bəziləri isə bir neçə şivədə müşahidə edilir. Sözlər, əsasən, “Azərbaycan dilinin dialektoloji lüğəti”(2007), “Qərbi Azərbaycan şivələri lüğəti”(2008) kitablarından seçilmiş, Azərbaycan dili ilə birlikdə oğuz qrupunda olan digər türk ədəbi dillərinə (türk dili, türkmən dili, qaqauz dili) aid olan sözlüklər ilə (“Türkçe Sözlük”, 1998; “Tükmence-Türkçe Sözlük”, 1995; “Gagauz türkçesinin sözlüğü”1991) müqayisəyə cəlb olunmuş və ortaq olan sözlər müəyyən edilmişdir. Hazırda Azərbaycan ədəbi dilində işləkliyini itirən, müxtəlif şivələrində isə qorunub saxlanılan əlamət bildirən sözlər Kaşğarinin lüğəti, şifahi xalq ədəbiyyatı nümunələri (“Dədə-Qorqud kitabı”, “Oğuznamə”), klassiklərin dili (İmadəddin Nəsimi) müqayisə edilmiş və həmin mənbələrdə işlədilən nümunələr məqalədə öz əksini tapmışdır.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseriesCilt 8;Uluslararası Türk Lehçe Araştırmaları Dergisi, № 2-
dc.subjectAzərbaycanen_US
dc.subjectŞivəen_US
dc.subjectSözen_US
dc.subjectƏlaməten_US
dc.titleAzərbaycan dili şivələrində əlamət bildirən sözləren_US
dc.typeArticleen_US
Appears in Collections:Publications

Files in This Item:
File Description SizeFormat 
Azərbaycan dili şivələrində əlamət bildirən sözlər.pdf1.05 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.