Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7740
Title: | Xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin yaxınlarında depressiya və təşviş səviyyələrinin təhlili |
Other Titles: | An analysis of depression and anxiety levels in relatives of cancer survivors |
Authors: | Xosrəvi Baçemir, Aynur Moçtaba qızı |
Keywords: | Xərçəng xəstəliyi |
Issue Date: | Jun-2023 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Xərçəng ailələrə, fərdlərə, icmalara və sağlamlıq sistemlərinə böyük fiziki, emosional və maliyyə yükü qoyaraq böyüməyə və qlobal miqyasda yayılmağa davam edən problemlərdən birinə çevrilib. Xərçəng təkcə xəstələrə deyil, həm fiziki, həm əqli, həm də iqtisadi cəhətdən onlara dəstək və qayğı göstərən insanlara təsir edən bir xəstəlik növüdür. Xərçəngin müalicə ərəfəsi və onun xəstəyə təsiri çox gərgindir və bir çox xəstələr sağalsa belə, insanların 20 faizindən çoxunda xəstəlikdən sonrakı stress, narahatlıq, depressiya kimi psixo-sosial problemlər davam edir. Xəstəliyin müxtəlif mərhələləri ilə yanaşı, hər bir mərhələnin xəstənin psixologiyasına təsiri də fərqlidir. Bu mərhələlərdə zərər görən insanlar təkcə xəstələr deyil, bir çox hallarda onların yaxınları, ailə üzvləri, onlara qulluq edən insanlar olur. Araşdırma zamanı xərçəng xəstəliyindən əziyyət çəkən insanların yaxınlarının psixoloji problemlərinə diqqət yetirilib, onların sosio-demoqrafik dəyişkənlərlə əlaqəsi araşdırılıb. Dissertasiya işi giriş, üç fəsil, istifadə edilmiş ədəbiyyat və nəticədən ibarətdir. Dissertasiya işinin birinci fəslində xərçəng xəstəliyi psixoloji hadisə kimi, onun psixoloji xüsusiyyətləri, öyrənilməsinə əsas yanaşmalar haqqında bəhs edilir. Dissertasiya işinin II və III fəsillərində isə xərçəng psixoloji pozuntular haqqında bəhs edilir və xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin yaxınlarında depressiya və təşviş səviyyələrinin təhlili eksperimental olaraq tədqiq edilmişdir. Nəticələrin ümumiləşdirilməsi ilə müəyyən olundu ki, demoqrafik meyarlardan bəziləri ilə depressiya və təşviş səviyyələri arasında əlaqə vardır. Eyni zamanda tədqiqatın əsas fərziyyəsi “ xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin yaxınlarının yükü depressiya və təşviş simptomları ilə pozitiv əlaqəlidir” təsdiqlənmişdir. Tədqiqatda xəstə yaxınlarının xəstə ilə keçirdikləri zaman ilə depressiya və təşviş dəyişkənləri arasında əlaqəyə baxılması məqsədi ilə korrelyasiya testi aparılmış və nəticədə pozitiv əlaqə müəyyən edilmişdir. Beləliklə xəstə ilə birlikdə yaşayan və daha çox zaman keçirən xəstə yaxınlarının baxım yükü daha çox olduğundan onlarda depressiya və təşviş səviyyələrinin səviyyəsi digər xəstə yaxınlarına nisbətən daha çox çıxmışdır. Dissertasiya işi nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı ilə bitir. |
Description: | İstiqamətin şifri və adı 060209 Psixologiya İxtisaslaşmanın adı Klinik Psixologiya Elmi rəhbər: P.ü.f.d Nigar Nəsirova |
URI: | http://hdl.handle.net/20.500.12323/7740 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin yaxınlarında depressiya və təşviş səviyyələrinin təhlili.pdf | 1.32 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.