Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7737
Title: | Bullinqə məruz qalan məktəblilərdə psixopatoloji halların tədqiqi |
Authors: | Əskərli, Aytac Rahim qızı |
Keywords: | bullinq məktəbli |
Issue Date: | Jun-2023 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Dissertasiya bullinqə məruz qalan məktəblilərdə psixopatoloji halların tədqiqinə həsr olunmuşdur. “Müasir psixoloji ədəbiyyatda problemin qoyuluşu” adlı I fəsildə tədqiqatçıların bullinq problemi ilə bağlı fikirləri əks olunmuşdur. Eyni zamanda, bullinq haqqında nəzəriyyələr ətraflı şəkildə təqdim edilmişdir. “Bullinqə məruz qalan məktəblilərdə psixopatoloji halların xarakteristikası” adlı II fəsildə bullinqə məruz qalan məktəblilərdə psixopatoloji halların yaranma səbəbləri təhlil edilmişdir. Həmçinin, məktəblilərdə bullinqin qarşısının alınması və psixokorreksiyası üsulları araşdırılaraq vurğulanmışdır. “Bullinqə məruz qalan məktəblilərdə psixopatoloji halların tədqiqinin eksperimental hissəsi” adlı III fəsildə Natiq Tağıyev adına 212 saylı tam orta məktəbin orta yaş həddi 14-16 olan 8, 9 və 10-cu siniflərində təhsil alan 200 məktəbli ilə eksperiment keçirilmişdir. Tədqiqatda tədqiq olunanlarda psixopatoloji halların müəyyənləşdirilməsi üçün Derogatis tərəfindən hazırlanmış, Mələk Kərimova və Nərmin Osmanlı tərəfindən Azərbaycan mədəniyyətinə adaptasiya olunmuş “Qısa Simptom Testi” (QST) və iştirakçıların yaş, cins göstəriciləri, təhsil pillələri, maddi vəziyyətləri, akademik göstəricilər kimi demoqrafik göstəriciləri də ehtiva edən zəruri məlumatların toplanması məqsədilə müəllif tərəfindən tərtib olunan anketdən istifadə olunmuşdur. Tədqiqatın nəticəsi olaraq, qeyd edə bilərik ki, bullinqə məruz qalan məktəblilərdə cinsə görə fərqli nəticələr ortaya çıxmışdır. Belə ki, qızlar oğlanlara nisbətən daha çox bullinqə məruz qalırlar. QST-nin nəticələrinə görə bullinqə məruz qalanlarda depresiya üstünlük təşkil edir. Bullinqin isə aktiv formasından daha çox istifadə olunur. Aparılan Spearman korrelyasiya testinin nəticələrinə əsaslanaraq demək mümkündürki, bullinqə məruz qalma halı ilə psixopatoloji hallar arasında əhəmiyyətli səviyyədə, pozitiv istiqamətdə əlaqə vardır. Sonda tədqiqat nəticəsində əldə olunmuş nəticələr və tədqiqat zamanı istifadə olunmuş ədəbiyyat siyahısı verilmişdir. |
Description: | İstiqamətin şifri və adı: 060209-Psixologiya İxtisaslaşmanın adı: Klinik psixologiya Elmi rəhbər: Dr.,dos. Sevinc Allahyarova |
URI: | http://hdl.handle.net/20.500.12323/7737 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Bullinqə məruz qalan məktəblilərdə psixopatoloji halların tədqiqi.pdf | 2.54 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.