Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7735
Title: | Müasir dövrdə gənclərdə psixoaktiv maddə asıllığının yaranmasına səbəb olan amillərin təhlili |
Authors: | Niftili, Aytac Feyruz qızı |
Keywords: | psixoaktiv maddələr |
Issue Date: | 2023 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Dissertasiya işinin əsas məqsədi, müasir dövrdə psixoaktiv maddə asılılığının yaranmasında gənclərin münasibətlər sistemi, dəyərlər sistemi və digər səbəb olan amillərin təhlilindən ibarətdir. Tədqiqatın obyetkti-Gənclərdə psixoaktiv maddə asılılığının yaranmasında münasibətlər və dəyərlər sistemi arasında əlaqədir. Tədqiqatın predmeti. Müasir dövrdə psixoaktiv maddə asılılığının yaranmasına səbəb olan amillərin təzahür xüsusiyyətlərinin öyrənilməsi.. Tədqiqat işi ümumi şəkildə- giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat və əlavələrdən ibarətdir. Dissertasiya işinin giriş hissəsində gənclərin maddə asılılığına meyillərinin onların münasibətlər və dəyərlər sistemi ilə əlaqəsi təhlil edilmişdir, mövzunun aktuallığı, obyekti və predmeti, eyni zamanda tədqiqatın məqsəd və vəzifələri ön plana verilmişdir. Birinci fəsildə gənclik yaş dövrünün xüsusiyyətləri, əsas mahiyyəti və problemləri ətraflı şəkildə təhlil olunmuşdir. Bundan əlavə, problemin tədqiqi istiqamətləri və bu problemin yaranmasına gətirib çıxaran faktorlar ayrılıqda ön plana çıxarılaraq, geniş şəkildə izah edilmişdir. Həmçinin gənclik yaş dövrü xüsusiyyətləri fərqli müəlliflər tərəfindən izahına yer verilmişdir. İkinci fəsildə psixoaktiv maddə asılılığı nədir və gənclərin həyat tərzinə təsiri təhlil edilmişdir. Bununla bərabər psixoaktiv maddə istfadəsinə hansı amillər təsir edir, maddə istfadə edən gənclərin münasibətlər və dəyərlər sistemidə ön plana çıxarılmışdır. Dissertasiya işinin üçüncü fəslində 100 nəfər maddə istfadə edən gənc və orta yaş şəxslərlə maddə istfadəsində dəyərlər sistemi və münasibətlər sisteminin əlaqəsi müxtəlif tədqiqatlarla araşdırılmış və fərziyyələr sübut olunmuşdur. Tədqiqatda 100 nəfər tədqiq olunan kişi olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xəstələri arasında sorğu şəklində aparılmışdır. Tədqiqat nəticələri nisbət şəklində hesablanmış və faizlərlə cədvəllərdə işlənilmişdir. Belə ki, tədqiqatdan əldə edilən nəticəyə görə psixoaktiv maddə istfadə edən gənclərdə münasibətlər sitemi və dəyərlər sistemində maddə istfadə etməyənlərdən fərqlənir, eyni zamanda psixoloji vəziyyətləridə təhlil edilmişdir. |
Description: | İstiqamətin şifri və adı: 060209 - Psixologiya İxtisaslaşmanın adı: Klinik psixologiya Elmi rəhbər: psixol.ü.f.d. Müşviq Mustafayev |
URI: | http://hdl.handle.net/20.500.12323/7735 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Müasir dövrdə gənclərdə psixoaktiv maddə asıllığının yaranmasına səbəb olan amillərin təhlili.pdf | 1.15 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.